Yer üzündəki bütün varlıqların tək hakimi olan Allah, yaratdıqlarını və onlara ən uyğun olan həyat tərzini ən yaxşı biləndir. Allah insanları, təkcə imanı qavradıqları və Quran əxlaqını yaşadıqları təqdirdə xoşbəxt və hüzurlu ola biləcək şəkildə yaratmışdır. Quranın; “…bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!” (Rad surəsi, 28) ayəsi ilə bildirilən bu həqiqət, istisnasız bütün insanlar üçün keçərlidir.
İnsan, təkcə özünü yaradan Rəbbimizə yönəlib Onun sevgisini və rizasını qazana biləcəyi şəkildə yaşadığı təqdirdə, dünya həyatında gözəl həyat yaşaya bilər. Allah Quranda insanlara, özlərini yaratdığı fitrətə yönəlmələrini belə bildirmişdir:
O zaman sən üzünü, Allahı vahid qəbul edən (hənif) olaraq dinə, Allahın o fitrətinə çevir; belə ki, insanları bunun üçün yaratmışdır… (Rum surəsi, 30)
Fitrətlərinə ən uyğun olan bu həyat tərzini və bu əxlaq anlayışını mənimsəmədikləri təqdirdə insanlar sıxıntı və narahatlıq həyat yaşayarlar. Allahın insanlar üçün yaratdığı yer üzündəki bu qədər nemətdən lazımınca zövq ala bilməz, ətrafdakı gözəllikləri görə bilməzlər. Allahın; “kim də Mənim Zikrimdən üz döndərsə, artıq onun güzəranı sıxıntılı olacaq və Biz qiyamət günü onu gözləri kor olaraq həşr edəcəyik!” (Taha surəsi, 124) ayəsi ilə bildirdiyi kimi, çətin həyat yaşayarlar. Hər şeydən ötrü asanlıqla hüznə, narahatlığa, ümidsizliyə və ya bədbinliyə qapıla bilər, həyatını heç cür çıxış yolu tapa bilmədikləri problemlərlə iç-içə yaşayarlar.
Yaşadıqları bu vəziyyəti gördükləri zaman isə, həyatına hakim olan sıxıntının mənbəyini və necə aradan qaldırıla biləcəyini tapa bilməzlər. Halbuki insanların üz-üzə qaldıqları bu sıxıntının təməlində də, yenə hər cür pisliyin əsil mənbəyi olan “şeytan” dayanır. Şeytanın insanlara qarşı apardığı mübarizədə əl atdığı üsullardan biri də onların “fitrətlərini pozması”dır.
Çünki, insanların təkcə fitrətlərinə uyğun həyat tərzi yaşadıqları təqdirdə xoşbəxt olacaqları həqiqətini şeytan da bilir. Buna görə də, fitrətlərinə zidd olan əxlaq anlayışını və fərqli həyat tərzini mənimsədib onların xoşbəxtlikdən də uzaq qalmasını təmin edər. Lakin bunu da yenə öz hiyləgər üsulları ilə gerçəkləşdirib, insanları qəflətə sürükləyir və bu yolla düşdükləri tələdən xilas olmalarına mane olur. Onları fitrətlərinə zidd olan əxlaqa çağırarkən, eyni zamanda da onlara saxta xoşbəxtlik vədləri verir. Quranda şeytanın insanları “Allahın yaratdıqlarını dəyişdirməyə” çağıracağı belə bildirilir:
Onları (mütləq) sapdıracaq, ən ağlasığmaz xülyalara salacaq, onlara mütləq davarların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı tərk edib şeytanı özünə dost (vəli) tutsa, şübhəsiz ki, o, açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)
Allahın Quranda bildirdiyi bütün bu həqiqətlər, insanın təkcə Quran əxlaqını yaşadığı, Allahın özünü yaratdığı fitrətə qayıtdığı təqdirdə xoşbəxt ola biləcəyini göstərir. Əks təqdirdə, şeytan insanı yalnız dünya həyatını əhatə edən bədbəxtliyə deyil, sonsuzadək davam edəcək sıxıntı və əzaba sürükləyəcək.

