İnsanın etmədiyi işlərlə öyünməsinin Qurandakı yeri nədir?

Allah Quranda insanlara hər mövzuda ixlasla davranmağı və hər işdə yalnız Allahın razılığını güdməyi nəsihət etmişdir. Tərif və öyülmək gözləntisi isə insanın başqalarından təqdir gözləməsindən və onların razılığını qazanmağa çalışmasından qaynaqlanar. Belə düşüncə tərzinə sahib olan insanlar təkcə etdikləri işlərlə deyil, etmədikləri işlərlə də öyünməyə çalışarlar. Halbuki insanın etmədiyi bir işi etmiş kimi göstərməyə çalışması və bunu önə sürərək özünə pay çıxarması, Allaha qarşı yalan danışması deməkdir. Çünki Allah insanın etdiklərini də, etmədiklərini də ən yaxşı biləndir. Allahın bildiyi bir şeyi insanların bilməməsindən istifadə edərək bunu öyünmə mövzusuna çevirməyə çalışmaq Quranda qınanan bir davranışdır. Belə insanlar həmin an qazanclı kimi görünsələr də, əslində böyük bir ziyana düşərlər. Çünki Allah insanı söylədiyi hər sözə görə məsul tutacaq və layiq olduğu qarşılığı axirətdə mütləq verəcəkdir. Quranda bu insanların vəziyyəti belə açıqlanmışdır:

Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır. (Ali İmran surəsi, 188)