İnsanın dünyada etdiyi səhvlərinin qarşılığını dərhal almamasının hikməti nədir?

İnsanın dünyada etdiyi səhvlərin qarşılığını dərhal almaması onu heç bir şəkildə aldatmamalı və arxayınlığa sövq etməməlidir. Çünki Allah insanlara müəyyən bir müddət verir və bununla onların necə davranacaqlarını sınayır. Gözəl davranış göstərənlərə cənnət həyatını, pislik edənlərə isə cəhənnəm həyatını vəd edir. Belə bir vəziyyətdə etdiyi səhvin qarşılığını dərhal almayan insan buna əsla aldanmamalıdır. Əksinə, Allahın şəfqətinə və mərhəmətinə görə ona vaxt verdiyini anlamalı, bu fürsəti tövbə etmək və içində olduğu səhvi düzəltmək üçün bir imkan kimi dəyərləndirməlidir.

Quranda bu həqiqət belə bildirilir:

Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah bəndələrini görür. (Fatir surəsi, 45)