İnsanın qəlbini və ağlını qapalı tutan şeylər, insanın ehtirasları və eqoist hissləridir. Məsələn, gələcək qorxusu, qısqanclıq, pula və maddi dəyərlərə qarşı duyulan ehtiraslı istəklər, duyğusallıq kimi şeylər insanı məşğul edər, ağlını örtər. Əsil düşünməli olduğu mövzuları; Allahın böyüklüyünü, Allahın yaratmasındakı mükəmməlliyi düşünə bilməyəcək hala düşər. Allah qurtuluşun ancaq nəfsin ehtiraslarından xilas olmaqla mümkün olacağını xəbər vermişdir:
… Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsl nicat tapanlardır. (Həşr surəsi, 9)

