İnsan yanıldıqda və ya unutduqda nə etməlidir?

İnsan aciz olaraq yaradılmışdır. Buna görə də bəzi şeyləri unuda və ya hər hansı bir mövzuda yanıla bilər. Unutmamaq və yanılmamaq isə yalnız Allaha məxsus xüsusiyyətlərdir. Əsas olan insanın doğru olanı xatırladıqda onu dərhal tətbiq etməsidir. Allah bu mövzudakı davranış nümunəsini Ənam surəsində belə bildirir:

… Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra o zalım insanlarla birlikdə oturma! (Ənam surəsi, 68)

Ayədən də göründüyü kimi, insan bəzən düzgün olmayan bir davranışı unudaraq və ya fərqinə varmadan edə bilər. Buna görə də insanın unutduğu və ya yanıldığı məsələlərə görə həddindən artıq kədərlənməsi və ya narahat olması son dərəcə yersizdir. Belə hallarda möminlərin etməli olduqları Allahın sonsuz mərhəmətinə və bağışlayıcılığına sığınmaq və belə dua etməkdir: “… Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! …” (Bəqərə surəsi, 286)