İnsan vicdanını bir yerdə boğursa, vicdan onu başqa yerdə haqlayır və xəbərdarlıq edir

İnsanları fərqləndirən əsas xüsusiyyət: vicdan

İki insan arasındakı ən əhəmiyyətli fərq, birinin vicdanının səsinə qulaq asması, digərinin isə vicdanını dinləməməsidir. Aralarındakı mədəniyyət, təhsil, iş, irq, soy və s. fərqinin isə əslində heç bir əhəmiyyəti yoxdur. Hər insan, istisna olmayaraq həyatı boyunca, doğruları söyləyən bu səsə yəni, vicdana sahibdir. Səhv bir hərəkət edərkən, günah işləyərkən və düşdüyü hər xətada vicdanı ona mütləq doğru olanı söyləyər. İnsanın vicdanının səsini aydınlaşdırması isə son dərəcə asandır. Çünki, bir hadisə qarşısında insana doğru olanı söyləyən vicdan, daim içində ilk eşitdiyi səsdir. İnsan bu ilk səsə uyduğu halda isə rahatlıq və dinclik içində bir həyat yaşayar. Əks halda isə, yəni bu səsə qulaq asmayıb nəfsinə uyğun bəhanələr axtarmağa, özünə bəraət qazandırmağa çalışarsa, bu vəziyyətdə də içindən çıxa bilməyəcəyi çətinliklərlə, şiddətli bir vicdan əzabı ilə birlikdə yaşamaq məcburiyyətində qalar.

Bu səbəblə, vicdanın varlığı Allahın insanlara verdiyi çox böyük bir asanlıq və nemətdir. Bu nemətin qiymətini bilən və vicdanını dinləyən insan, hər vəziyyətdə doğrunu səhvdən ayıran, Allahın razı olacağı, dünyada və axirətdə qurtuluşunu təmin edən bir anlayışa da sahib olar.

Ayədə bildirilən “Nəfsini günahdan təmizləyən mütləq nicat tapacaqdır” ifadəsi, vicdanına uyan adamın dinclik tapdığını açıq bir şəkildə ortaya qoyur.

Vicdanının əmrlərinə uymayan insanların vəziyyəti isə, ayələrin davamında belə xəbər verilir.

Onu (nəfsi) günaha batıran isə ziyana uğramışdır. (Şəms Surəsi, 10)