Vəsvəsə şeytanın təlqinləri nəticəsində insanın zehnində yaranan boş şübhə və xülyalardır. Vəsvəsə insanın doğru qərar almasına mane olar. Onu şübhəyə salıb məşğul edər, qərarsızlığa sürükləyər, içini sıxar, mənasız qorxulara səbəb olar, ağlını və düşünə bilmə qabiliyyətini pozar, özünə olan etibarını yox edər. İnsan narahat, qərarsız, qorxaq, ümidsiz, pessimist ruh halına bürünər. Vəsvəsə və onun gətirdiyi psixoloji problemlər, xüsusilə tale barəsində məlumatı olmayan, Allaha təvəkkül etməyi bacarmayan, zəif imanlı insanların yaşadıqları problemlərdir.
Şeytanın məqsədi, belə insanlara boş xülyalar pıçıldayaraq onları Quran əxlaqından uzaqlaşdırmaq, Allahın qüdrətindən xəbərsiz, Allahı lazımınca təqdir edə bilməyən insanlar halına gətirməkdir. Şeytan, həyatını boş məqsədlərə sərf edən, Allahın rizasını deyil, öz istək və ehtiraslarını ön planda tutan, əsil yaradılış məqsədi olan Allaha qulluq etmək vəzifəsini unutmuş bir insan modeli meydana gətirmək üçün çalışar. Ona qulaq asan insanlar isə, sırf şeytanın verdiyi vəsvəsəyə düşdükləri, onları əhəmiyyətli gördükləri, Allahı unutduqları üçün dünyada və axirətdə itki içində olarlar.
Dünyadakı itkilərinin başında, həyatlarındakı narahatlıq və qərarsızlıq durar. İnsanlar həyatlarının bir çox fərqli mərhələsində, insandan insana dəyişən çox müxtəlif mövzularda vəsvəsəyə düşə bilərlər. Çox vaxt doğru qərar ala bilməməyin, hadisələr qarşısında yaxşı seçim edib edə bilməməyin narahatlığı ilə yaşayarlar. Təhsil, iş kimi mövzularda həmişə qərarsızdırlar. “Görəsən digər işi mi seçsəydim?” və ya “digər məktəbə mi getsəydim daha yaxşı olardı?” kimi cümlələri bu insanlardan eşidərsiniz.
Vəsvəsə, səbəb olduğu qərarsızlıq və böyük-kiçik müxtəlif xülyalarla bir çox insanın vaxtının çoxunu, dolayısilə də həyatının böyük hissəsini korlayan bir bəladır. Qərarsızlıq və şübhələrin səbəb olduğu boş xülyalar nəticədə stressli, gərgin ruh halına gətirib çıxardar. Əgər vəsvəsə içində olan insan, Allaha iman gətirməyən və ya Allahın varlığına iman gətirsə də Onun gücünü təqdir edə bilməyən vəziyyətdədirsə, belə olan halda vəsvəsəsi və şübhələri böyüdükcə böyüyər. Özünü yaratmış olan Allaha arxalanıb güvənmədiyi üçün, şeytanın təlqinlərindən xilas ola bilməz və qapıldığı vəsvəsələr içinə bürüyüb heç dayanmadan onu sıxar. Hər kəsin yaxın ətrafında, hərdənbir özündə də gördüyü bu ruh halı çox geniş şəkildə yaşanır.
Vəsvəsənin ən mühüm zərəri, insanın ağlını örtməsi və sağlam düşünməsinə mane olmasıdır. Gündəlik həyatı boyunca zehnini məşğul edən xülyalar və şübhələrlə məşğul olan bir insanın isə, Allahı lazımınca tanıyıb təqdir etməsi, Onun istədiyi şəkildə yaşaması qeyri-mümkündür. Bu insan dünyaya istiqamətli ehtiras və narahatlıq içindədir. Buna görə də, Quranda əmr edilən təvəkkülü, rahat və sakit ruh halını, buna bağlı olaraq formalaşan gözəl əxlaqı qazana bilməz.

