İnsan vəsvəsədən necə xilas olar?

Allahın Quranda bildirdiyi kimi, şeytanın hiyləsi çox zəifdir. (Nisa surəsi, 76) İman edənlər və Rəbbinə təvəkkül edənlər üzərində onun heç bir təsiri yoxdur. Allah möminlərə vəsvəsə gəldiyi zaman nə etməli olduqlarını və bu vəsvəsədən necə qurtulacaqlarını Quranda bildirmişdir.

Qurana tabe olan möminlər qəlbinə vəsvəsə gəldikdə dərhal şeytandan Allaha sığınarlar. Qısa müddət ərzində ağıllarından keçən həmin fikrin şeytanın verdiyi bir vəsvəsə olduğunu anlayarlar. Heç bir əsassız qorxunun, şübhənin və ya sıxıntının təsiri altına düşmədən Allahı zikr edər və şeytanın bu çirkin təlqinindən xilas olarlar.

Allah Quranda möminlərin vəsvəsə ilə qarşılaşdıqda onu dərhal tanıyacaqlarını belə bildirmişdir:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, dərhal Allaha sığın. Çünki O, eşidəndir, biləndir. Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər. (Əraf surəsi, 200-201)