İslam dünyasının gələcəyinin dünyada sülh və təhlükəsizliklə birbaşa əlaqədar olduğu dövrümüzdəki bir çox mütəfəkkir tərəfindən dilə gətirilir. İslam dünyası təqribən 1,5 milyard nüfuzu (bu rəqəmlə dünya əhalisinin ¼-ni təşkil edirlər), sahib olduğu yeraltı zənginlikləri və əhəmiyyətli strateji coğrafiyası ilə böyük güc təşkil edir. İkinci Dünya Müharibəsinə qədər çoxu müstəmləkə olan müsəlman ölkələri müharibədən sonra başlayan inqilablarla müstəqillik qazanmışdır və bu vəziyyət İslam coğrafiyasının görünüşünü dəyişdirmişdir. İslam coğrafiyasındakı əsil dəyişiklik isə soyuq müharibənin sona çatması ilə birlikdə baş vermişdir. Bu tarixə qədər Afrika-Asiya coğrafiyası olaraq qəbul edilən İslam dünyası Albaniya və Bosniyadan Çeçenistan və Tacikistana uzanan Avrasiya (Avropa-Asiya) coğrafiyasına çevrilmişdir. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müsəlman ölkə kimi təkcə Türkiyə üzv idisə, bu gün bu rəqəm 9-a çatmışdır.
Bu müddət içində İslam dünyasının demoqrafik prosesində baş verən dəyişiklik də İslam coğrafiyasına təsir etmişdir. 20-ci əsrin əvvəllərinə qədər müsəlmanlar – qısa müddətli işğallar xaric– demək olar ki, İslam torpaqlarında, yəni müsəlman idarəçiliklərində yaşayıblar. 20-ci əsrin birinci yarısından etibarən müsəlmanlar öz istək və iradələri ilə Avropa ölkələrinə və Amerikaya köçməklə həmin yerlərdə əhalinin əhəmiyyətli qismini təşkil ediblər. Bu gün Amerikada və bir çox Avropa ölkələrində İslam ən sürətli yüksələn din olmuş, qərbdəki müsəlmanların sayının artması onların sosial və siyasi həyatda təsirini artırmışdır. Beləliklə, İslam coğrafiyası əhalisinin çox hissəsi müsəlman və ya müsəlmanların idarəsi altında olan ölkələrlə məhdudlaşmayan daha böyük coğrafiya halına gəlmişdir.

