İnsanın əvvəlcə Allahın tək ilah olduğunu, bütün gücün Ona aid olduğunu, Ondan başqa heç bir varlığın zərər və ya fayda təmin etməyə gücü çatmayacağını ürəkdən təsdiq etməsi lazımdır. Bu həqiqətləri qəti olaraq təsdiq edən insan, artıq yalnız Allaha qulluq edir və Ona heç bir şeyi ortaq qoşmur. Allah insanlara şirkdən xilas olmaq üçün tamamilə Özünə yönəlmələri lazım olduğunu söyləmişdir:
Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız. (Ənam surəsi, 41)
Şirkdən təmizlənib, yalnız Allaha yönələn insanın yaşadığı əsaslı dəyişiklik, əvvəlcə ürəyində meydana gələr. Şirkdən xilas olan adam tamamilə fərqli bir dünyagörüşünə və məntiqə sahib olar. Əvvəllər öz istək və ehtiraslarına, ya da bəzi cahillik qaydalarına görə davam etdirdiyi həyatını artıq yalnız Allahın razılığına və məmnuniyyətinə görə davam etdirər.

