İnsan şirkdən necə xilas olar?

İlk növbədə, insan Allahın tək ilah olduğunu, bütün gücün Ona məxsus olduğunu və Ondan başqa heç bir varlığın zərər və ya fayda verə bilməyəcəyini qəlbən təsdiq etməlidir. Bu həqiqətləri qəti şəkildə təsdiq edən insan artıq yalnız Allaha ibadət edər və Ona heç nəyi şərik qoşmaz. Allah insanlara şirkdən xilas olmaq üçün tamamilə Özünə tərəf yönəlməli olduqlarını bildirmişdir:

Əksinə, yalnız Ona (Allaha) yalvaracaqsınız. Əgər O diləyərsə, yalvardığınız şeyi (bəlanı sizdən) dəf edər və siz də (Allaha) şərik qoşduqlarınızı (bütlərinizi) unudarsınız. (Ənam surəsi, 41)

Şirkdən təmizlənib yalnız Allaha yönələn insanın yaşadığı dərin dəyişiklik əsasən onun qəlbində baş verər. Şirkdən xilas olan adam tamamilə fərqli bir dünyagörüşünə və məntiqə sahib olar. O, əvvəllər öz istək və ehtiraslarına, yaxud bəzi cahiliyyə qaydalarına uyğun yaşadığı həyatını indi yalnız Allahın razılığı və məmnuniyyətinə uyğun yaşayar.