İnsan səhv etdikdə və ya unutduqda nə etməlidir?

İnsan səhv etdiyində və ya unutduğunda nə etməlidir?

İnsan, aciz olaraq yaradılmışdır, bu səbəblə bəzi şeyləri unuda bilər və ya hər hansı mövzuda səhv edə bilər. Unutmamaq və səhv etməmək yalnız Allaha aid xüsusiyyətlərdir. Əhəmiyyətli olan insanın doğrunu xatırladığında dərhal tətbiq etməsidir. Allah bu mövzudakı tətbiqin nümunəsini Ənam surəsində belə bildirilir:

… Şeytan sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma. (Ənam surəsi, 68)

Ayədə görüldüyü kimi, insan gözəl olmayan davranışı unudaraq və ya fərqində olmayaraq edə bilər. Buna görə insanın unutduğu və ya səhv etdiyi şeylərdən ötrü kədərə qapılması və ya narahat olması son dərəcə yersiz olar. Belə vəziyyətlərdə möminlərin etməli olduğu Allahın sonsuz mərhəmətinə və bağışlayıcılığına sığınmaq və “… Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma …” (Bəqərə surəsi, 286) deyərək dua etməkdir.