İnsan Quran oxuyarkən fikrini Allaha cəmləməlidir

İslamın asanlığı Quranın müjdəsidir

Allah Quranı insanlara açıqlayan bir rəhbər olaraq göndərmiş, onunla ən asan və ən gözəl həyat tərzini bildirmişdir. Quran oxunduqda İslam dininə əməl etməyin çox asan olduğu görünür. Bu müjdə bizə “…Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər…” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilmişdir.

Quran hər yaşa və hər mədəniyyətə malik insanın anlayacağı açıq bir öyüddür. Bəziləri dini mənbəyindən öyrənmək əvəzinə, ətrafından eşitdiyi yanlış məlumatlara etibar edir, dini yaşamağın çətin olduğuna inanırlar. Bu əsassız qənaətin ən böyük səbəblərindən biri məlumatsızlıqdır.

Dövrümüzdə insanların bəziləri Quran ayələrində bildirilən həqiqətlərdən, axirət həyatının varlığından, sonsuz cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı öyüd və tövsiyələrindən xəbərsiz yaşayır. Halbuki, Quran insanların oxuması, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənməsi üçün endirilmişdir. Quranda Peyğəmbərimizə (səv) “Və mənə Quran oxumaq (buyurulmuşdur)!” (Nəml surəsi, 92) deməsi bildirilmişdir.

Quranı oxumaq və hər zaman Qurana tabe olmaq bir müsəlmanın ən önəmli vəzifələrindən biridir. Quranı qavratmaq Allahın əlindədir və ancaq Allahın hidayət verdiyi kəslər Quran ayələrini həqiqi mənası ilə anlayırlar. Allaha könüldən yönələn səmimi qullarına, Allah hidayət nəsib edəcəyini bildirmişdir.

İnsanların Quranı anlamayacağı yalanını söyləyənlər bir çox insanın Quranı oxuyub Allaha yönəlməsinə və Quran əxlaqına görə yaşamasına əngəl olmağı istəyirlər. Halbuki, Allah ayələrinin son dərəcə açıq və anlaşılan olduğunu Quranın bir çox yerində bəyan edir:

Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)

Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik. (Nisa surəsi, 174)
Allahın insanlara bəyənib seçdiyi Quran çox açıq və anlaşılan olmaqla yanaşı, içindəki hökmlərə əməl etmək də çox asandır. Allah ayələrdə Quran haqqında belə buyurur:

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)

Quran əxlaqı insan fitrətinə uyğun olan yeganə həyat şəklidir. İnsanı yoxdan var edən Allah onun nəyə ehtiyacının olduğunu, hansı ibadətlərə gücünün çatdığını və necə sağlam, hüzurlu və xoşbəxt olacağını ən yaxşı biləndir.