İnsan qəlbində vicdandan kənar səs nəfsdir

Şəms surəsi: nəfsə and

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Bu ayələrdə Allah nəfsə fücuru və eyni zamanda ondan çəkinməyi, yəni vicdanı ilham etdiyini bildirir. “Fücur” sözü məna olaraq “günaha və üsyan etmək, fasiq olmaq, yalan söyləmək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi” deməkdir. Yəni fücur olaraq adlandırılan anlayış, insan nəfsinin mənfi xüsusiyyətlərinin hamısını əhatə edir. Nəfsimizdə iki ayrı xüsusiyyət var: pisliklərin qaynağı fücur və eyni zamanda pisliklərdən çəkindirən vicdan.

Bu mövzunu daha yaxşı başa düşə bilmək üçün nəfsin nə olduğunun da bilinməsi faydalı olacaq. “Nəfs” Quranda tez-tez istifadə edilən ərəb dilində termindir. Dilimizdə tam qarşılığı yoxdur, ancaq “mənlik” sözü ilə ifadə oluna bilər. Quranda istifadə edilən mənaları isə belədir; “Bir şeyin zatı, özü, ruh, öz varlığı, qəlb, şəhvət, arzu və qəzəbin başlanğıc yeri, yatağı, vicdan, insanda əmredici güc”. Burada, nəfsin əvvəlcə üzərində duracağımız xüsusiyyəti, insanda əmredici güc olmasıdır. Yəni insana hərəkəti etdirən, qərar verdirən mənəvi güc, nəfsdir.