İnsan özündə nələri dəyişdirməlidir?

Din əxlaqını yaşamağa başlayan insan özündə nələri dəyişdirməlidir?

Din əxlaqını yaşamağa başlayan insanın Allahın əmrlərini tətbiq etmək, ibadətlərini yerinə yetirmək xaricində özündə edəcəyi ən əhəmiyyətli dəyişiklik daima vicdanına uyaraq gözəl əxlaqlı yaşaması olacaq. Hər insanın dini tanımadan əvvəl alışdığı bir xarakteri və bir həyat şəkli ola bilər. Ancaq din əxlaqını yaşamağa başladığında yaxşı olan xasiyyətlərini Allahın razılığı üçün davam etdirməli, Qurana uyğun gəlməyən tərəflərini isə dərhal tərk edərək Quran əxlaqını qəbul etməlidir.

Möminlərin arasında ayrı dünya görüşləri və ya həyat şəkilləri, fərqli baxış bucaqları olmaz. Tək meyar Qurandır və nümunə alınacaq kəslər də, başda Peyğəmbərimiz (s.ə.v) olmaq üzrə Allahın Quranda nümunə olaraq göstərdiyi elçilər və saleh möminlərdir.