Hər insan niyyətindən məsuldur.
Allah bunu, “…qəlbinizin qazandığına (bilərəkdən etdiklərinizə) görə sizi cəzalandırar.” (Bəqərə surəsi, 225) ayəsi ilə xəbər vermişdir.
Görülən hər işdə niyyət, Allahın razılığını qazanmaq olmalıdır.
Edilən bir iş xeyirli iş kimi görünə bilər, ancaq əgər edilən işdə insanların təqdiri və ya dünyəvi bir qarşılıq gözlənilirsə, bu iş Allah Qatında qəbul edilməyəcəkdir.
Rəbbimiz başqa bir ayədə də belə buyurur:
“Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah ona görə sizi hesaba çəkər.” (Bəqərə surəsi, 284)
