Allahı razı etmək üçün səy göstərməyən insanlar da bəzən ətrafına və ya özünə görə gözəl görünən hərəkətlər edə bilərlər. Məsələn, xarakter olaraq insanları incitməyən, incə düşüncəli insanlar ola bilərlər. Lakin əgər etdikləri xeyiri Allahın məmnuniyyəti üçün istəmirlərsə, o zaman Allah Qatında keçərliliyi olmaya bilər. Çünki bu kəslər vicdanlarına əməl etdikləri üçün deyil, öz bəzi maraqları üçün yaxşılıq edirlər. Bu mənfəət, “xeyirxah” insan olaraq bilinməyin verəcəyi razılıq hissi, ya da sadəcə duyğusal məmnuniyyət də ola bilər.
İnsan işlədiyi xeyiri Allahın məmnuniyyəti üçün istəmirsə, etdiyi işin Allah Qatında keçərliliyi olmaya bilər

