İnsanın əvvəlcə Allahın tək ilah olduğunu, bütün gücün Ona aid olduğunu, Ondan başqa heç bir varlığın zərər və ya fayda təmin etməyə gücü çatmayacağını səmimi təsdiq etməsi lazımdır. Bu həqiqətləri qəti olaraq təsdiq edən insan, artıq yalnız Allaha qulluq edir və Ona heç bir şeyi ortaq qoşmur. Allah insanlara şirkdən xilas olmaq üçün tamamilə Özünə yönəlməsini söyləmişdir:
Əksinə, yalnız Ona (Allaha) yalvaracaqsınız. Əgər O diləyərsə, yalvardığınız şeyi (bəlanı sizdən) dəf edər və siz də (Allaha) şərik qoşduqlarınızı (bütlərinizi) unudarsınız. (Ənam surəsi, 41)
Şirkdən təmizlənib yalnız Allaha yönələn insanın yaşadığı əsaslı dəyişiklik əvvəlcə qəlbində yaranar. Şirkdən xilas olan adam tamamilə fərqli bir düşüncə və məntiqə sahib olar. Əvvəllər öz istək və arzuları ya da bəzi cahil adətlərə görə davam etdirdiyi həyatını artıq yalnız Allahın razılığına görə davam etdirər.
