Dünyada gözəl və möhkəm olan hər şey, gün gələndə xarab olar, çürüyər və ya köhnələr. İnsanın da sonu belədir və bundan qaçması qeyri-mümkündür. Hər insan doğulduğu andan etibarən geri dönüşü mümkün olmayan qocalıq və ölümə doğru addımlama prosesinə daxil olar. Bu açıq-aydın həqiqəti hər kəs bilər, lakin buna baxmayaraq, bəzi insanlar özlərini gündəlik həyatın gedişatına qapdırarlar. Dünyanın müvəqqəti bəzəklərinə layiq olduğundan çox dəyər verər, ehtirasla bağlanarlar.
Halbuki bu bağlılıqları mənasızdır. Çünki dünyadakı həyatın sonu var. Sonu olmayan həyat isə, axirət həyatıdır. Sonsuz həyata qarşılıq dünyanın tükənəcək faydasının arxasınca qaçmağın şüurlu hərəkət olmadığı da qətidir. İnsanın bütün bunları anlamazlıqdan gələrək dünyaya dair edəcəyi hər hərəkət, ona axirətdə əbədi peşmançılıq yaşada bilər. Siz bu əbədi peşmançılığı yaşamaqdan şiddətlə qaçın və dünyadakı həyatınızın bir gün mütləq sona çatacağı AÇIQ-AYDIN bir həqiqət olduğu halda, əsla bunu anlamazlıqdan gəlməyin.
Gündəlik işlərinə dalaraq ölümü düşünməyən bəzi insanlar çox mühüm bir həqiqəti də görməzlikdən gəlirlər. Dünyadakı həyat inanılmaz dərəcədə qısadır. Sevdiyiniz və sahib olduğunuz şeyləri belə gözünüzün önünə gətirin. Hamısı qısa müddətdə köhnəlib, çürüyüb, korlanıb və ya yox olub. Sevdiyiniz insanlar bir-bir, iki-iki ölüb, əşyalar qırılıb dağılıb. Evlər, binalar köhnəlib, dağılıb, geyimlər sökülüb, cırılıblar. Bir sözlə, sahib olduğunuz hər şey sürətlə məhv olub.

