İnsanların böyük əksəriyyəti Allahın açıq ayələrindən, əmr və qadağalarından xəbərsiz şəkildə yalnız öz istək və arzuları yönündə yaşayırlar. Bu insanların dünya nemətlərinə sahib olmaq, xoşbəxt olmaq, əylənmək və nəfsani arzularını təmin etmək xaricində başqa istəkləri yoxdur. Yalnız dünyanın cazibədar bəzəyinə maraq duyar və istədikləri şeylərə sahib olmaq üçün həyatı boyunca səy göstərərlər. Ən böyük sıxıntını isə bu səylərinin boşa çıxması və yaxud əllərindəkini itirmələri nəticəsində yaşayarlar.
Halbuki, yalnız qısa müddət yaşadıqları dünya həyatı hər şeyi ilə bir gün sona çatacaq. Onlar isə özləri və Allahın rizasından uzaq həyat sürən digər insanlar üçün hazırlanmış şiddətli və əbədi əzabdan xəbərsizdirlər. Böyük qorxu və çətinlik görəcəkləri axirət gününə doğru irəliləyərkən dünyanın keçici bəzəyinə həvəslə bağlanıb, yalnız dünyəvi maraqları itirmənin narahatlığını və kədərini duyarlar.
İnsanların Allahın açıq dəlillərinə, əmr və xəbərdarlıqlarına baxmayaraq, göstərdikləri bu şüursuz və maraqsız hala qəflət adı verilir.
Allah hər insan üçün vücudu da daxil olmaqla, baxdığı hər yerdə Öz varlığını xatırladan müxtəlif gözəllik və nemətlər yaratmışdır. Həyatımızın hər anı, gözümüzü çevirdiyimiz hər yer saymaqla bitməyən yaradılış möcüzələri ilə bəzədilmişdir. Bu həqiqət Quranda belə bildirilir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır.(Bəqərə surəsi, 164)

