İnsan həqiqi hüzuru necə əldə edə bilər?

İndiki dövrdə bir çox insan heç vaxt həqiqi hüzuru əldə edə bilmir, o qədər əmək sərf edilməsinə baxmayaraq heç vaxt xoşbəxt ola bilmədiyindən şikayət edir. Bu insanların axtardığı və tapa bilmədiyi ən əhəmiyyətli şey xoşbəxtlikdir. Bu cür nəticə ilə qarşılaşmalarının səbəbi isə, xoşbəxtliyi səhv yerdə və səhv insanlarda tapa biləcəklərinə inanmış olmalarıdır.

Bütün insanların axtardığı həqiqi xoşbəxtliyi tapa bilmək isə əslində çox asandır. Ancaq insanların çoxu onlara əsl xoşbəxtlik gətirəcək yola məhəl qoymurlar. Həqiqi xoşbəxtliyin mənbəyi Allaha təslim olmaq, Onun Quranda buyurduğu gözəl əxlaqı yaşamaq və yaşatmaqdır.