Gözlər bədənin xarici aləmə açılan pəncərələridir. Bu pəncərələrin qorunması və baxımı xüsusi bir sistem sayəsində təmin edilir. Göz qapaqları, mükəmməl bir şəkildə fəaliyyət göstərən bu sistemin ən əhəmiyyətli hissələrindən biridir. Göz qapaqlarının vəzifəsi, göz almasını qorumaqla yanaşı “konyunktiva”nı1 və “buynuz qişa”nı2 hər an müəyyən bir nəmlilik dərəcəsində saxlamaqdır. Göz qapaqlarının daxili qismində yerləşən konyunktiva adlı təbəqənin damarları, yuxuda oksigen ala bilməyən gözün xarici təbəqəsini qidalandırır.
Lazım gələndə göz yuvasının üstünü tamamilə və yaxşı bir şəkildə örtə bilən göz qapağının dərisi bədənin digər qisimlərinə görə xeyli nazikdir. Göz qapağı dərisinin alt təbəqəsi yağsız və çox həssasdır, qan bu yerdə asanlıqla toplanır. Əgər göz qapağının dərisi qalın və yağlı bir quruluşa sahib olsaydı, gözlərin açılıb-bağlanması olduqca çətin bir əməliyyat olardı.
Hər kəs gün ərzində heç fərqində olmadan minlərlə dəfə gözlərini qırpar. Bu hərəkət qeyri-iradi şəkildə edilər və bu sayədə gözlər intensiv işıq təmasından və xarici maddələrdən qorunar. Əməliyyatın avtomatik şəkildə yerinə yetirilməsi də çox insanın bilmədiyi bir nemətdir.
Bu təmizlənmə əməliyyatı avtomatik şəkildə yerinə yetirilməsəydi nə baş verərdi? Belə bir vəziyyətdə insan göz qırpmağı yalnız gözündə onu narahat edəcək miqdarda toz toplandıqda xatırlayardı. Bu da gözün virusla yoluxmasına səbəb olardı. Gözlər tamamilə təmizlənə bilmədiyindən zəif dumanlı, bulanıq bir görünüş meydana gələrdi. Göz qırpmaq böyük bir əziyyət olar, insan gün ərzində daima göz qırpmağı unutmamağa çalışardı.
Hər bir neçə saniyədən bir göz qırpıldığında göz qapaqları eynilə avtomobil şüşəsinin siləcəkləri kimi gözləri sulandırır və çirkləri təmizləyir. Yuxu əsnasında isə göz qapaqları bağlı olduğu üçün gözlər avtomatik şəkildə qurumaqdan qorunur.
Göz qapağı qövsvari göz quruluşunun üstünə qüsursuz olaraq yerləşən bir mexanizmdir. Bu mükəmməl uyğunluq sayəsində, göz qapağının açılıb-bağlanması əsnasında gözün ön səthində göz qapağı ilə təmas etməyən heç bir nöqtə qalmaz. Göz qapağı gözü bu şəkildə qüsursuz olaraq əhatə etməsəydi, qalan boşluqlardakı xarici maddələrin təmizlənməsi qeyri-mümkün olacaqdı.

Açılıb-bağlanma əsnasında göz qapağının içində yerləşən xüsusi bir vəzdən (meibomian vəzisi) ifraz olunan yağlı bir ifrazat qapaqların bir-birlərinə yapışmalarına mane olar və göz qapaqlarının hərəkətini asanlaşdırar.(3)
Göz qapağının yatarkən bağlı olması da çox əhəmiyyətlidir. Əgər göz qapağı yatarkən bağlanmasaydı, yatmaq insan üçün olduqca çətin bir iş olacaqdı. Yata bilmək üçün qaranlıq bir otağa ehtiyac olacaq, gündüzləri əsla yuxuya getmək mümkün olmayacaqdı.(4) Yuxu əsnasında açıq qalan gözlər isə hər cür xarici təsirə qarşı müdafiəsiz qalacaqdı.
Göz qapaqlarının əhəmiyyətini daha yaxşı başa düşmək üçün mövcud vəziyyətin tam tərsini düşünək. Əgər göz qapağı olmasaydı yer üzündəki insanların hamısı çox qısa bir müddət ərzində kor olardı. Gözün xarici təbəqəsini meydana gətirən buynuzlu qişa quruyacaq, göz qısa bir müddətdən sonra funksiyasını yerinə yetirə bilməməyə başlayacaqdı. Gözə düşəcək ən kiçik bir toz zərrəciyi belə vaxt keçdikcə böyük problemlər yaradacaq, göz tezliklə virusla yoluxacaqdı. Ən kiçik zərbələrə qarşı müdafiəsiz qalan göz hər an kor olma təhlükəsi ilə qarşı-qarşıya qalacaqdı.
Məsələn, laqoftalm adlı xəstəlikdə göz qapaqları ya tamamilə bağlana bilməz ya da çox çətin bağlanar. Bu vəziyyətdə artıq buynuzlu qişada nəmlənmə prosesi dayanar və baş verən qurumadan ötrü iltihablanma müşahidə olunar. Bu xəstəlik uzun müddət davam etdikdə isə daimi göz pozuqluqları meydana gələ bilər. Göz qapaqları bağlana bilmədiyi və göz mayesi də olmadığı üçün göz daim təmizlənməli və virusla yoluxmayacaq hala gətirilməlidir. Əks halda səhərə qədər daim açıq vəziyyətdə qalan göz, hər cür toz və çirklə dolar.(5)

