Gözlər orqanizmin xarici aləmə açılan pəncərəsidir. Bu pəncərələrin qorunması və baxımı xüsusi sistem nəticəsində təmin olunur. Göz qapaqları mükəmməl işləyən bu sistemin ən mühüm hissələrindən biridir. Kirpiklər də bu möhtəşəm müdafiə sisteminin bir hissəsi və insanın simasını gözəlləşdirən estetik möcüzədir.
Göz mürəkkəb quruluşa və xüsusi funksiyaya malik olmasına baxmayraq, bədənimizdə çox kiçik yer tutur. Eynilə qiymətli daşın ziynət qutusunda saxlanılması kimi, kəllə sümüyümüzün içində xarici amillərdən qorunacaq şəkildə saxlanılır.
Göz estetik şəkildə qorunur. Gözü qorumaq üçün göz ətrafında möhkəm, zirehli qabıq da ola bilərdi. Halbuki, göz ətrafı sümüyün quruluşu, göz qapaqları, qaşlar və kirpiklər çox estetik və simmetrik görüntü əmələ gətirirlər.
Gözün mütəşəkkil qorunması Rəbbimzin yaratma sənətinə heyranlığımızı artırır
Göz bütün orqanoidləri ilə birlikdə bir anda, tam yaradılmışdır. Kirpiklərimiz olsaydı, ancaq onların qıvrılmasını təmin edən zeis vəzləri olmasaydı, gözümüzü açıb-yummağımız çox çətinləşər və gözlərimiz sıradan çıxardı. Buna görə də bəlkə sadəcə estetik ünsür və bəzək kimi görünən kirpiklərimiz, əslində, gözümüz üçün çox böyük əhəmiyyətə malikdir.
Gözü təşkil edən hər orqanoidin qüsursuz yaradılışı Allahın üstün yaratma sənətinin nümunələrindən təkcə biridir. İnsan heç bir səy göstərmədən, doğulduğu anda etibarən hazır əldə etdiyi bu nemətlərə görə Allaha hər an şükür etməlidir. Rəbbimizin qullarına rəhməti ayələrdə belə bildirilir:
Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)
De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!” (Mülk surəsi, 23)
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz! (Nəhl surəsi, 78)

