Müharibə heç vaxt bəşəri dəyərlərlə ölçülən bir anlayış ola bilməz. Bəzi dialektik materialistlərin iddia etdiyi kimi, labüd və ya inkişafa yol açan da deyildir. Müharibə yalnızca məhv etməkdir. Bəşəriyyəti, vicdanı, gözəlliyi, sevgini və həyat eşqini öldürür. Yoxsulluq, aclıq, qorxu, narahatlıq və fəlakət gətirir. Kin və nifrət dolu insanlar ortaya çıxarır. İnsan fitrəti müharibədən nifrət edəcək şəkildə yaradılmışdır.
Belə ki, müharibənin gətirdiyi dəhşətli bəlaları sadə göstərmək üçün terminlər uydurmaq əvəzinə, onun məntiqsiz və yanlış olduğunu anlamaq lazımdır. İnsanları dəyişdirmək və şiddəti dayandırmaq üçün bombalardan daha yaxşı metodlar var. İnsan beyni doğruları inkar edə bilməyəcək şəkildə yaradılmışdır. Əgər dünya, həqiqətən, sülh istəyirsə, bu gerçəklər insanlara elmi metodlarla izah edilməlidir.
