İnsan ətrafına baxanda ecazkar gözəllikdəki bir çox canlının bir simmetriya möcüzəsi olduğunu görür

Təbiətdəki qüsursuz simmetriya

Əlinizə bir cüt balıqqulağı götürün və simmetrik şəkildə qarşı-qarşıya qoyun. Xətlərin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında qüsursuz bir nizam və simmetriya görəcəksiniz. Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.

Güzgüdə üzünüzə baxın, qüsursuz simmetriya görəcəksiniz. Əlinizə bir jurnal götürüb vərəqləyin. Vərəqlədiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, quşlar, çiçəklər və kəpənəklər də eyni simmetriyaya malikdir.

Kainatdakı hər şeyin öz-özünə və təsadüfən ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər. Bu cür qüsursuz bir nizamın özbaşına və təsadüfən ortaya çıxmayacağı aydındır. Təkamülçülərin qarşıya qoyduqları heç bir iddia ilə təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın meydana gəlməsini izah etmək mümkün deyil. Bu, hər bir ağıllı insanın dərhal görəcəyi qədər açıqdır. Belə ki, təkamül nəzəriyyəsinin banisi olmasına baxmayaraq, Çarlz Darvin də bu həqiqəti etiraf etmək məcburiyyətində qalmışdır:

“Parlaq rənglilik, erkək balıqların kürt yatması, parlaq dişi kəpənəklər – bu gözəlliyin təbii seçmə ilə reallaşdığını düşünə bilmirəm”.

Əlbəttə ki, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəlliyin, əlvan kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, albalıların, göz oxşayan rəngləri ilə tutuquşuların, tovuzquşlarının, leopardların, qısaca desək, bütün ehtişamı ilə yer üzünün təsadüfən meydana gəldiyini heç bir ağıllı və məntiqli insan iddia edə bilməz.

Canlılar bu xüsusiyyətlərə sahib olaraq Allah tərəfindən yaradılmışlar. Allahın elmi hər yeri əhatə etmişdir. Ondan başqa ilah yoxdur.