Məsələn, incə düşüncəli davranarkən insanların gözünə girməyi, onlardan təqdir gözləməyi deyil, Allahın məmnun olmasını axtarmalıdır. Bu daima Allahı düşünməsini, Ona yönəlməsini, Ona dua edərək hər şeyi Ondan istəməsini təmin edər. Allah daima Özünə yönələn bu cür qullarını Quranda tərifləmişdir:
Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı. (Sad surəsi, 17)
Həmçinin Allah Quranda Ona yaxınlaşdıracaq bəzi yolları belə bildirir:
Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlardır. (Vaqiə surəsi, 10-11)
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və Peyğəmbərin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 99)
Allah üçün edilən vicdanlı hər rəftar Allaha yaxınlaşmağa vəsilədir. Unutmamaq lazımdır ki, Allah Özünə yaxın olanları cənnətlə müjdələyir:
Amma əgər o, Allaha yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir. (Vaqiə surəsi, 88-91)

