Quranda edilən bütün ibadətlərin könüldən, yalnız Allah rizası güdülərək edilməsi bildirilir.
Allah Quranda göstəriş üçün infaq edən və ya göstəriş üçün namaz qılan insanlar olduğunu xəbər verir. Ancaq ayələrdə xəbər verildiyi kimi, namaz qılan, oruc tutan, zəkat verən, itaət edən bir insanın əsl niyyəti, ürəyindən keçirdikləri əhəmiyyətlidir. Bu insanlar namaz qılarkən Allahı düşünmür, Onun qarşısında nə qədər aciz və boyun əyən olduğunu düşünmədən yalnız ağızlarıyla dua və təsbehlər edə bilərlər. Və ya bir insan həmişə yaxşılıq edir, məktəblər açıb, kasıblara kömək edə bilər. Ancaq bu insan əgər bu etdiklərini, Allahın özündən məmnun olmasını diləyərək, Allaha qarşı aciz və möhtac olduğunu düşünərək, axirətdən qorxaraq etmirsə, etdikləri Allah qatında qəbul edilməyə bilər.
Allah insanların kəsdikləri qurbanların qanlarının deyil, təqvalarının Ona çatacağını ayədə bildirir. (Həcc surəsi, 37).
Bir çox insanın ən əhəmiyyətli yanılmalarından biri, yalnız əməl olaraq etdiklərindən sorğulanacaqlarını zənn etmələridir. Halbuki Allah insanın niyyətindən, düşüncələrindən, qəlbində gizlədiklərindən də sorğulanacağını bildirir.
Allah hər insanın qəlbini, düşüncəsini, şüuraltını, insanlardan gizlədiklərini ən yaxşı biləndir. Allah insan ilə ürəyi arasındadır. Bu səbəbdən insan Allahdan heç bir şeyini gizlədə bilməz. Ağlından keçən bir şübhə, vəsvəsə, möminlər haqqındakı həqiqi düşüncələri, Quran haqqındakı inancı, ibadətləri edərkən ağlından keçənləri Allah tək-tək bilməkdədir. Məsələn, əgər bir ibadəti həvəssiz edirsə, içindən mənfi düşüncələr keçirsə, Allah bunu bilər. Və insan hər birini axirət günündə qarşısında görəcək. İnsanın qurtuluşunun yollarından biri, ürəyinin təmiz olması, dini səthi deyil, ürəyində, düşüncələrində səmimi olaraq yaşamasıdır. Qısa və keçici bir həyat üçün, axirətdəki sonsuz və həqiqi həyatı gözardı etməsi böyük ağılsızlıq olar. Allahın dünya həyatının keçiciliyi haqqında insanları xəbərdar etdiyi ayələrdə bildirir. (Mömin surəsi, 39; İnsan surəsi, 27)

