İnsan dünyada qarşılaşdığı hadisələr qarşısında göstərdiyi rəftarı ilə, sahib olduğu əxlaqla və qəlbindəki niyyəti ilə sınanır və insanın sadəcə “iman etdim” deməyi qətiyyən kifayət deyildir

Quranın bütün hökmlərinə eyni diqqət

Bəzi insanlar Quranın bəzi hökmlərini yerinə yetirməyə diqqət göstərərkən, bəzi hökmlərinə lazım olan əhəmiyyəti verməzlər. Allah insanları bsu mövzuda xəbərdar etmişdir. Bir insan: “Mən iman etdim”, – dedikdən sonra Allahı razı etmək üçün yaşamalı, Onun xoş gördüyü əxlaqı hərəkəti ilə də göstərməlidir. Qarşısına çıxan hər cür vəziyyətdə Allahın məmnun olacağı gözəl əxlaqı yaşamalı, əksinə bir rəftar göstərməkdən də şiddətlə çəkinməlidir. Əsl dindar olmağın yolu məhz budur. İnsanın səmimiyyəti Allahın gözəl gördüyü əxlaqı həyata keçirmək səyi ilə müəyyən olunur.

Bu mövzuda xalq arasında olduqca məşhur yanlış fikir vardır. Bir çox insan gözəl əxlaq və təqvanın ancaq Quranda nümunə olaraq göstərilən peyğəmbərlər, əshabələr kimi üstün əxlaqlı insanlar tərəfindən yaşana biləcəyinə inanır. Halbuki, Allah onların əxlaq nümunələrini digər insanların da həmin rəftar və davranışları, həmin əxlaqı göstərmələri üçün vermiş və bütün insanları Quranda bildirilən hökmlərə uymağa, İslam əxlaqını nöqsansız olaraq yaşamağa dəvət etmişdir. İnsan vicdanının səsini dinləyib səmimiyyətdən uzaqlaşmadıqca Quran əxlaqını Quranda nümunə göstərilən saleh möminlər kimi ən gözəl şəkildə yaşaya bilər.