bilərmi?
Heç kim dünyada olarkən qəti şəkildə cənnətə gedəcəyinə əmin ola bilməz. Allah: “… Həm qorxaraq, həm də (mərhəmətini) ümid edərək Allaha dua edin! …” (Əraf surəsi, 56) ayəsi ilə insanın həm qorxu, həm də ümid içində olmalı olduğunu bildirir.
Hər bir insan gücü çatdığı qədər ən yüksək səyi göstərərək, Quranın hökmlərini mümkün qədər tam şəkildə tətbiq edərək və Allahın bəyəndiyi gözəl əxlaqı həyatının hər anında yaşamağa çalışaraq Onun razılığını qazanmağa səy göstərməlidir. Bu səylərinin qarşılığı olaraq cənnəti ümid edə bilər, lakin heç vaxt buna qəti şəkildə əmin ola bilməz.

