İnsan bilməlidir ki, Allahın razılığını qazanmaq yalnız məsuliyyət deyil, eyni zamanda insana xoşbəxtlik və hüzur verəcək yeganə yoldur.
Allahı unudub başqa insanların razılığını axtaranlar, ya da oxşar boş hədəflərə qapılanlar, əsla məmnun olmazlar və xoşbəxt ola bilməzlər. Halbuki, Allahın razılığı, bir insanın qəlbinin məmnun olacağı ən böyük sevinc və xoşbəxtlikdir. Çünki Qurandakı ifadə ilə, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar:
…Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 27-28)

