Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə ilə təmas etsəydi öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə təzyiq meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 kq-dan 50 q-a qədər azalır. Yəni beyində ağırlığı otuz dəfə azaldan sistem var. Bu sistem belə çalışır:
Beynin daxilində bəzi boşluqlar və bu boşluqların daxilində də yalnız beyində olan xüsusi damar yığınları var. Bunların vəzifəsi bədəndən beynə gedən qandakı zərdabı süzməkdir. Qan zərdabı əvvəl beyin daxilindəki boşluqları doldurur, sonra müxtəlif yollardan beynin xaricinə çıxır. Ən sonda da bu maye beynin üst hissəsində yerləşən tək istiqamətli valf sistemi (araknoidvillus) sayəsində ümumi dövrana (qan dövranına) geri qayıdır. Bu valflarin çox əhəmiyyətli vəzifəsi var: Mayenin beynə təzyiqini nizamlamaq.
Əgər bu nizamlama olmasaydı və təzyiq artsaydı, o zaman beynə düşən təzyiq beynin funksiyalarına təsir edərdi və bu vəziyyət bir çox xəstəliyə səbəb olardı.
Buna nümunə olaraq “hidrosefali”adlandırılan xəstəliyi göstərə bilərik. Bu xəstəlik növündə dövrandakı hər hansısa bir problemə görə beyindəki maye bir müddət sonra yığılmağa başlayır və yaranan təzyiq beyin funksiyalarına təsir edir. Əgər müdaxilə olmasa, yəni əməliyyatla bu maye boşaldılmasa artan təzyiq ağıl zəifliyi, hərəkət edə bilməmək, korluq, hətta ölümlə nəticələnən narahatlıqlara səbəb olar.
Beyindəki mayenin təzyiqi normadan daha az olduğu zamanda dözülməz başağrıları olar və beyin ziyan görməyə başlayar.
