İnsan bədəninin müdafiəsi

İnsan bədəni bir çox düşmən və təhlükə mərkəzi ilə ətraflı əhatə edilmiş vəziyyətdədir

İnsan bədəni bir çox düşmən və təhlükə mərkəzi ilə ətraflı əhatə edilmiş vəziyyətdədir. Bu düşmənlər bakteriyalar, viruslar və buna bənzər mikroskopik canlılardır. Düşmənlər, tənəffüs edilən havadan, içilən suya, yeyilən yeməkdən içində olan mühitə qədər hər yerdə varlar. Ancaq Rəbbimiz insanı bu təhlükələrdən qorumaq üçün bədən içində qüsursuz sistemlər var edib.

Məsələn dəri hüceyrələrində olan keratin maddəsi, bakteriya və göbələklər üçün aşılması çox çətin maneə meydana gətirir. Dəri üzərinə gələn yad canlılar bu divarı aşıb içəri girə bilməzlər. Üstəlik keratin ehtiva edən xarici dəri həmişə tökülür və altdan gələn dəri ilə təzələnir. Beləcə dəri arasına sıxışan istənməyən mikro canlılar, dərinin bu daxildən xaricə doğru yenilənmə hərəkəti sayəsində, ölü dəri ilə birlikdə bədəndən uzaqlaşdırılırlar. Düşmənin içəri girməsi, ancaq dəri üzərində açılan yara ilə mümkün olur.

Virusların bədənə girmək üçün istifadə etdikləri yollardan biri də havadır. Düşmən, tənəffüs edilən bu hava sayəsində bədənə girməyə çalışır. Ancaq burun seliyində olan xüsusi ifrazat və ağciyərlərdə olan hüceyrə udan müdafiə işçiləri (faqositlər), bu düşmənləri qarşılayar və təhlükə böyümədən vəziyyətə əl qoyarlar. Qida yolu ilə bədənə girməyə cəhd edən mikrobların çox böyük hissəsi də mədə turşusu və incə bağırsaqdakı həzm fermentləri tərəfindən xarici edilirlər.

Yuxarıda saydıqlarımızın hər biri, virus və bakteriya kimi təhlükəli maddələrin bədənə girməsinə maneə törətmək üçün Rəbbimizin var etdiyi qüsursuz müdafiə mexanizmləridir. Ancaq bu müdafiə etmə bunlarla da məhdud deyil. İnsan bədənində düşmənlərə qarşı döyüşən üstün müdafiə sistemi də var.

İnsan isə öz bədənində bu cür mükəmməl sistemin işlədiyindən xəbərdar belə deyil. Halbuki fərqində olmadığı bu sistem onu mütləq bir ölümdən qoruyur. Məlumdur ki, müdafiə sistemini yaradan, bütün insan bədənini yaradan, üstün məlumat və güc sahibi Yaradıcıdır. Məhz o yaradıcı, insanı hər cür çətinlik və sıxıntıdan əsirgəyən, ona acıyan sonsuz şəfqət sahibi Allahdır.

Nəfəs almaq, yemək yeməsi, gəzmək və s. insanlar üçün çox təbii hadisələrdir. Amma insanların bəziləri bu həyati əhəmiyyətə sahib hadisələrin necə meydana gəldiyini düşünməzlər. Məsələn içində vitaminlər, zülal və ya müxtəlif minerallar olan bir yemək yediyinizdə, o yeməyin necə bədəninizə faydalı hala gələcəyini düşünməzsiniz.

Vitamin və ya zülalları kimin təhlil edib, əlaqəli orqana çatdıracağını, qanınıza hansı nisbətdə qarışacağını, nə qədərinin sizin üçün çox ya da az olduğunu heç ağılınıza gətirməzsiniz. Siz “yaxşı qida qəbul edirəm” düşüncəsində ikən bədəniniz, bu qidanı “yaxşı” hala çevirə bilmək üçün heç düşünə bilməyəcəyiniz qədər detallı əməliyyatlar aparır.

Bədənimiz Rəbbimizin ilhamı ilə bütün bu çətin işləri bizim əvəzimizə edir. Hər qidadakı faydalı və zərərli maddələri ayırır, istifadəyə keçirir, gərəksiz olanlarını da bədən xaricinə atır. Bütün bunlar Allahın insanlara olan sevgisinin çox əhəmiyyətli işarələrindəndir. Rəbbimiz bizim üzərimizə belə önəmli və həyati əhəmiyyətə sahib məsuliyyətləri yükləməyərək şəfqət və mərhəmətini göstərmişdir.