İnsanların danışarkən içində Allah sözü olan cümlələr işlətdiyini eşidirsiniz. Bunlar ümumiyyətlə; “Allah qorusun”, “Allah nəsib eləsə”, “İnşaAllah”, “Allah bağışlasın”, “Allah qəbul etsin” kimi cümlələrdir.
Bu sözlər Allah anıldığı zaman istifadə edilən dua mahiyyətli və ya Allahı ucaldan ifadələrdir. Məsələn, “Allah qorusun” ifadəsi, Allahın sizin və ətrafınızda gördüyünüz canlı-cansız bütün varlıqların üzərində sonsuz güc sahib olduğu mənasını verər. Sizi, ata və ananızı, dostlarınızı pis şeylərdən Allah qoruyar. Bundan ötrü də, bu söz xüsusilə pis hadisədən bəhs edildikdə tez-tez işlədilər. Çünki insanın qarşısına belə bir hadisəni çıxardan da, onu dayandırmağa gücü çatan da yalnız Allahdır.
“İnşaAllah” sözü də dilimizdə; “əgər Allah istəsə” mənasını verir. Buna görə də, gələcəyə dair bir istəyimizi və ya niyyətimizi dilə gətirmək istədikdə, mütləq “inşaAllah” deməliyik. Çünki gələcəyi ancaq Allah bilər və hər şeyi istədiyi kimi yaradar. Allah istəmədiyi müddətcə heç nə olmaz. Bu sözü işlətmədikdə şirk qoşmuş olarıq. Şirk etməmək üçün mütləq deyilməlidir.
Allah bizə Quran ayələrində bu cür deyilməsini bildirir.
Heç bir şey üçün əsla: “Mən bunu sabah edəcəyəm”, – demə! Ancaq: “Allah diləyərsə (“İnşaAllah” – de)!”… (Kəhf surəsi, 23-24)
Bir işə başlayanda, sabah hər hansı bir şeyi etməyi düşünəndə: “inşaAllah deyin”, -deyir Allah. Yəni “Allahın izni ilə”, “Allahın diləməsi ilə”. “İnşaAllah” bir zikrdir. “La ilahə illəllah” kimi, “sübhanAllah” kimi, “Allahu Kəbir” kimi, “Əlhəmdülillah” kimi bir zikrdir. Allahı zikr etməkdir. Başqa sözlə, bərəkətlidir.
“Sabah mən bir şey edəcəyəm”, -desək, Allahın yaradacağını unutsaq, bu, şirk olar. Amma: “İnşaAllah, Allahın diləməsi ilə, Allahın taledə yaratması ilə edəcəyəm”, -desək, şirkdən xilas olmuş olarıq. Müşrik olmarıq, inşaAllah.

