“İnşaAllah” və MaşaAllah” sözlərində xüsusi sirr var

Rəbbimiz sonsuz mərhəmət sahibidir

Rəbbimiz sonsuz mərhəmət sahibidir. Həyatımız boyu bənzərsiz nemətlər lütf edir. Fiziki nemətlərlə bərabər, çox saylı mənəvi nemətlər də verir: Səhvləri bağışlayır, tövbələri qəbul edir, onları qoruyur, hidayəti artırır, doğru yola yönəldir. Allah hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstəkləyir. Quranda keçən “inşaAllah”“maşaAllah” sözlərində də belə böyük, dərin məna və rəhmət var.

Kamil imanda mütləq Allaha qarşı təslimiyyət var. Bu zaman insan bir saniyə belə səhvə yol verməməyə çalışır. Buna görə də, kamil imana sahib olan mömin yalnız Allaha rəğbət bəsləyir, bir tək Ona güvənir. Çünki Allahın hər şeyə hakim olduğunu, hər şeyə gücünün yetdiyini, Allahın izni olmadan bir yarpağın belə yerə düşmədiyini bilir. Buna görə, hər hansı bir hadisədə kömək istənəcək yeganə varlığın Allah olduğunu anlayır. Onu vəli etmişdir. Allahdan başqa heç kimə ehtiyacı yoxdur. Çünki baş verən hər hadisənin Allahın izni ilə reallaşdığını dərk edir. Kamil imana sahib bir insan həyatının hər anında bu dərrakə ilə hərəkət edir. Bu səbəbdən, “inşaAllah” sözündən istifadə edir və hər şeyin Allahın izni və Allahın taledə yaratması ilə reallaşdığını zikr edir. Əgər kimsə: “Sabah mən bir iş görəcəyəm”, -desə və bunu Allahın yaradacağını unutsa, bu, şirk olar. Amma: “İnşaAllah, Allahın diləməsi ilə, Allahın taledə yaratması ilə edəcəyəm”, -desə, Allahın izni ilə ən böyük günah olan şirkdən xilas olar.

Digər tərəfdən, əgər hər hansı bir şəxs bir gözəllik görsə, bu gözəlliyi Allahın yaratdığını düşünmədən: “Nə qədər gözəldir”, -desə, ona ilahlıq vermiş olar (Allahı tənzih edirik). Lakin, eyni zamanda, “Allah nə gözəl yaratmışdır” mənasını verən “maşaAllah” sözünü desə, şirkdən qorunmuş olar. Buna görə də, “inşaAllah”“maşaAllah” Axırzamanda şirki ortadan qaldıran və Allahın zikri olan çox əhəmiyyətli sözlərdir. Hikmət sahibi olan Allah bu iki sözün şirkdən xilas olmağın açarı olduğunu “Kəhf” surəsində belə bildirmişdir:

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah”, -de!) (Kəhf surəsi, 23-24)

Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “MaşaAllah (de)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa. (Kəhf surəsi, 38-39)

Hz. İsanın adının ilk hərfi olan “i” “inşaAllah” zikrindəki “i” hərfinə, hz. Mehdi adının baş hərfindəki “m” isə “maşaAllah” sözünün ilk hərfinə işarədir. Bu, şübhəsiz, Allahın yaratdığı mükəmməl sirdir. Çünki Axırzamanda İslam əxlaqının dünya hakimiyyətinə səbəb olacaq bu dəyərli şəxslər və “inşaAllah”“maşaAllah” zikrinin hər kəs tərəfindən çox ifadə edilməsinə səbəb olacaqlar.

Bu qiymətli şəxslərdən hz. İsa “inşaAllah” sözünü öz möcüzələrində tez-tez zikr edəcək. Bu həqiqət Quranda belə bildirilmişdir:

(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) “Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə (inşaAllah) quş olar. Allahın izni ilə (inşaAllah) anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali İmran surəsi, 49)

Hz. Mehdi isə Allahın təcəllisi olaraq gördüyü hər gözəllik qarşısında Allaha olan dərin eşqi və imanından Allahı zikr edib ucaldacaq və “maşaAllah” sözünü tez-tez zikr edəcək.

“MaşaAllah” Allahın yaratmasındakı üstün sənətini və qüdrətini izah etmək üçün ifadə edilən zikrdir. Buna görə də, möminlər “maşaAllah” zikri ilə Rəbbimizi tez-tez təsbih edirlər. Bu sözləri ürəkdən hiss edərək demək ətrafdakı insanlara hər şeyin sahibinin Allah olduğunu xatırladır. Hər şeyi edənin Allah olduğunu tez-tez xatırlatmaq isə, şübhəsiz, insanlara çox böyük fayda verər. Çünki insan öz acizliyini unutmağa və qəflətə düşməyə meyllidir.