İnkarcıların qəlbindəki Qorxu

Bir çox ayədə inkar edənlərin qəlbinə qorxu verildiyi Quranda belə xəbər verilir

O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! İnkar edənlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” – deyə vəhy edirdi. (Ənfal surəsi, 12)

Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur. Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi və onların qəlbinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey ağıl sahibləri, (bundan) ibrət alın! (Həşr surəsi, 2)

Bu ayələrdə bildirilənlər Allahın yaratdığı bir möcüzədir. Allah möminlərə qarşı çıxanların, Allaha və din əxlaqına qarşı mübarizə aparanların qəlbinə qorxu verərək onların güclərini və dinə qarşı mübarizə imkanlarını azaltmaqdadır. Möminlərin bu ayələr üzərində düşünmələri və özləri üçün bəzi ibrətlər almaları çox əhəmiyyətlidir. Çünki, bütün insanların qəlbi Allahın əlindədir və Allah kimə diləsə, onun qəlbinə istədiyini ilham edir.

Möminlərə düşən vəzifə insanlar üzərində təsir meydana gətirməyə çalışmaq deyil, sadəcə səmimi olmaqdır. Məsələn mömin bir insanı Allahın ayələri ilə xəbərdar edib qorxutmaqla məsuldur. Ancaq, o insana din əxlaqı yaxşı izah edildiyi üçün hidayət tapmaz. Ona hidayəti Allah verər. Eyni şəkildə, mömin özünü təhlükələrdən qoruya bilməz.

Və ya düşmənlərini qorxutma gücünə sahib deyil. Amma Allah möminləri, səmimiyyətlərinin və Rəbbimizin yolundakı səylərinin qarşılığında onları Öz qatından göndərdiyi köməklərlə qoruyur. Məsələn bu ayələrdə də bildirildiyi kimi düşmənlərinin qəlbinə qorxu salır və beləcə onların öz canının dərdinə düşməsini təmin edir. Beləcə möminlərin üzərindəki təhlükələri aradan qaldırır.

Allah inkar edənlərin qəlbinə çox fərqli qorxular verə bilər. Onların qəlbinə ölüm qorxusu, gələcək qorxusu, yaralanma və ya bir orqanını itirmə qorxusu, ac qalma qorxusu, hər an fəlakətə uğrama qorxusu, sevdiklərini itirmə qorxusu kimi yüzlərlə qorxu sala bilər.

İnkar edənlər, Allahı dost və vəkil etmədikləri, əməllərinin və qazandıqlarının tək sahibi olaraq onları gördükləri, axirətə inanmayaraq dünyaya bərk bağlandıqları üçün rahat şəkildə bu qorxulara qapılırlar. Məsələn qazancının əldən getməsi, pulsuz qalmaq onlar üçün ən böyük qorxulardan biridir.

Və ya axirətə inanmayaraq dünyaya qəti bağlı olduqlarına görə ölüm onlar üçün son deməkdir. Bir “heçlik” olacaqlarını və hər şeylərini itirəcəklərini düşündükləri üçün ölümdən çox qorxarlar. Bu qorxuları isə onları zəif, gücsüz insanlar halına gətirir. Allah Özünə şərik qoşduqları üçün inkar edənlərin qəlbinə qorxu salındığını və bu insanların uğradıqları sonu belə bildirir:

Haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşduqları üçün kafirlərin qəlbinə qorxu salacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Zalımların gedəcəyi yer nə pisdir! (Ali İmran surəsi, 151)