Öncəliklə “inkarçı” kimdir, onu dəqiq bilmək lazımdır. Allahın göndərdiyi son kitab olan Qurandakı hər hansı ayəni inkar etmək və ya Qurandan kənar qaynaqda olan məlumatı Qurana zidd olduğu halda qəbul etmək insanı “inkarçı” edir. Çünki Allahın haqq sözünü inkar etmiş olur, bilərək və ya bilməyərək. Bilməyərək etməsi o insanı məsuliyyətdən azad etməz, çünki dünyadakı hər insan haqqı, doğrunu, həqiqəti öyrənmək və əməl etməklə məsuldur. İmtahana girən insan suallara hazırlaşmazsa, imtahandan keçməyi də düşünməməlidir. Bu sadəcə özünü aldatma olar ki, vicdan və ağıl sahibi, dərin düşünən, səmimi insan bunu etməz.
Buradan çıxan nəticə isə, həqiqi Quran əxlaqını öyrənib əməl etməyən, Quran islamını yaşamayan, başqa batil dinləri (məzhəblər və təriqətlər, digər dinlər) islam zənn edən (Rum surəsi, 32) və inadla bunlardan uzaqlaşmayan hər kəs “inkarçı” sayılır. Bu, Quranda Allahın bizlərə göstərdiyi HƏQİQƏTDİR. Bunu əksini deyənlər və ya qəbul etməyənlər isə sadəcə özlərini aldatmış olurlar. Həqiqi islamı qaynağından yəni Allahdan öyrənmək lazımdır, onun kitabı olan Qurandan. Hökmü Allahdan başqası verəməz, Allahın elçiləri belə özlərinən hökm verməmişlər, bu barədə ayələr vardır. Onlar sadəcə, onlara gələn kitabı insanlara təbliğ etmişlər. Hz. Məhəmməd də eynilə, ona gələn Quran kitabını insanlara təbliğ etmişdir, nə əlavə etmiş, nə də azaltmışdır, özündən heç bir hökm verməmişdir. Onun adından yazılan saxta hədis və rəvayətləri Muaviyə və Yezidin qurduğu Abbasilər dövründə yazmışlar və günümüzə qədər bu saxta məlumatlar gəlmiş, məzhəblərdə bunları islamın təməli deyə əməl etmişlər. Ruh sahibi olmayan cahil zombilər də, bu cür batil olan məlumatlara inanmış, Allahın kitabından uzaqlaşmış, onu anlamadıqları dildə (ərəbcə) oxumuş, düşünməmiş, dəccalın tilsimi altında doğru etdiklərini zənn etmişlər.
İnkarçıların Allah haqqındakı mübahisələri Quranda belə açıqlanır:
De: “Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”. (Bəqərə surəsi, 139)
Şeytanın mübahisəyə meylli olan xarakterik xüsusiyyəti bu şəkildə inkarçılar üzərində əks olunur. Beləliklə, bu insanlar möminlərlə Allah haqqında, Allahın ayələri haqqında və Allahın dini haqqında mübahisələr edirlər. Bəzən bu mübahisələr məsxərəyə və alçaldılmağa qədər davam edir (Hamımız televiziyada və internetdə dini müdafiə edən insanlara kinayəli “təbəssümlə” dinləyənləri və onları məsxərəyə qoyanları görmüşük). Bu insanların möminlərə hansı gözlə baxdıqları aşağıdakı ayədə açıq ifadə edilmişdir:
Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” – dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər. Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman gətirmişik”, – deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, – deyərlər. (Əslində) Allah onlara istehza edir və azğınlıqları içində çaşqın bir vəziyyətdə qalmaları üçün onlara möhlət verir. (Bəqərə surəsi, 13-15)
Bu ayələrdən də göründüyü kimi, möminlərlə mübahisə edən və onları məsxərəyə qoyan insanların şeytanla mənəvi bağlılığının olması, şeytanla “bərabər” qalması və onun yolunu getməsi danılmaz bir həqiqətdir.
Mübahisələrdə ən çox rastlanan hallardan biri həqiqətləri gizlətmək və yalan danışmaqdır, sonradan isə bu sözü başqa cür düzüb-qoşmaq bu insanların adət etdiyi bir şeydir. Bu mübahisələrdə heç bir nəticə verməyən hikmətsiz sözlər deyilir və həqiqətlərə diqqət edilmir. Ənənəvi cümlələr və adət edilmiş izahlarla hər kəs öz fikrini insanların beyninə yeritməyə çalışır. Bu hal Quranda belə bildirilir:
Şeytanların kimə nazil olduğunu sizə xəbər verimmi? Onlar günahkar və yalançı olan hər kəsə nazil olarlar. Onlar eşitdiklərini çatdırarlar. Ancaq onların çoxu yalançıdır. (Şuəra surəsi, 221-223)
İnkarçıların möminləri doğru yoldan döndərmək və dinə meylli xalqı dindən uzaqlaşdırmaq məqsədi ilə istifadə etdiyi bir metod haqq dindən başqa ona alternativ hər hansı bir sistemin təbliğatını aparmaqdır. Bunlar bir tərəfdən öz sistemlərinin təbliğatını apararkən digər tərəfdən də haqq dini pozmağa və gözdən salmağa çalışırlar. İnkarçıların bu fəaliyyətini din haqqında mübahisələr yaratmaq məqsədi davam etdirdiyini görürük. Saff surəsinin 8-ci ayəsində bildirildiyi kimi, inkarçılar “… Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər…”
İman edən insanlarla iman etməyənlər arasındakı mübahisə çox vaxt iman edənlərin təbliğat aparması zamanı ortaya çıxır. İnkarçıların əslində vicdan və yaradılış olaraq dini qəbul edəcəkləri halda qürurlarına görə inkar etmələri, onları mədəni və səviyyəli bir şəkildə düşünmək əvəzinə cahil olaraq mübahisə və qışqırıq üslubunu seçirlər. Ümumiyyətlə isə, göstərdikləri nümunələr də keçərli deyil, davakar mübahisə mövzusu olaraq seçilmiş nümunələrdir. Bu ayə sırf mübahisəyə başlayan inkarçılar barədə bəhs edir:
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. Onlar: “Bizim ilahlarımız daha yaxşıdır, yoxsa İsa?” – dedilər. Bunu sənə yalnız mübahisə etmək üçün deyirdilər. Xeyr! Onlar höcətləşən kimsələrdir. (Zuxruf surəsi, 57-58)
Allahın ayələri haqqında istehza ilə mübahisə edən insanlarla qarşılaşdıqda Allahın tövsiyəsi, onlar başqa söhbətə başlamayana qədər onlardan üz çevirməkdir:
(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onların (ayələrin) ələ salındığını eşitdiyiniz zaman, onlar (kafirlər) bundan başqa bir sözə (mövzuya) keçənə qədər onlarla birlikdə oturmayın! Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaqdır. (Nisa surəsi, 140)
Bu insanların həqiqətdə din haqqında heç bir məlumatının olmaması mübahisə etdikləri insanlara “Bizə uyun, sizin günahlarınızı da öz üstümüzə alaq” demələrindən də görünür. Quranda Allahın açıq şəkildə vurğuladığı kimi, “… Heç bir günahkar başqasının günahını daşımaz…” (İsra surəsi, 15).
İnkarçılar din haqqındakı mübahisələri eynilə, “məni atəşdən, Adəmi torpaqdan yaratdın” deyən şeytan kimi ortaya azğın da olsa öz ağıllarına görə məntiqi söz atır və buna əsaslanaraq mübahisəyə başlayırlar. Məqsədləri doğru olduğunu bildikləri, amma qəbul etmək istəmədikləri böyük həqiqəti inkar etmək üçün bəhanə tapmaqdır. Bir ayədə inkarçıların şeytandan öyrəndiyi metod belə açıqlanır:
…Onlar hər cür möcüzə görsələr də, yenə ona inanmazlar. Hətta kafir olanlar sənin yanına gəldikləri zaman: “Bu (Quran), əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”, – deyərək səninlə mübahisə edirlər. Onlar həm onu (Quranı dinləməyi) qadağan edir, həm də özləri ondan uzaq dururlar. Onlar fərqinə varmadan ancaq özlərini məhv edirlər. (Ənam surəsi, 25-26)
Mübahisələrində müəyyən nümunələrdən istifadə etdikləri üçün onları tanımaq çox asandır. Quranda gördüyümüz ayələrdə inkarçılar Peyğəmbərimizlə mübahisə edərkən dini onun anlatdığı kimi görmədiklərini, onun dediklərini keçmiş nəsillərdən də eşitmədiklərini, amma əslində onlarda Allah inancı olduğunu iddia edirlər. Bir çox inkarçılar vəhşi və anormal xarakterini mübahisələrdə nümayiş etdirirlər. Quranda bildirildiyi kimi, möminləri “yurdlarından çıxarıb qovmaq, ya da mütləq dinlərinə dönməklə” (İbrahim surəsi, 13), “daş-qalaq etməklə” (Məryəm surəsi, 46), “işgəncə və ölümlə” (Taha surəsi, 71), “zindana atmaqla” (Şuəra surəsi, 29), “təzyiq göstərib əngəlləməklə” (Qəmər surəsi, 9) ya da “oda atmaqla” (Saffat surəsi, 97) təhdid edirlər. Bu nümunələrin siyahısını genişləndirmək də mümkündür.
İnkarçılar bir tərəfdən Allahın onu sevdiyi bir bəndəsi olduğunu deyərkən, digər tərəfdən ölümdən çox qorxar və Qurandakı ifadə ilə desək, “min il” yaşamasını istəyər. “Ənbiya” surəsinin 44-cü ayəsindəki “… Ömür onlara (heç bitməyəcək kimi) uzun gəldi…” ifadəsi bu hissin açıq sübutudur. Ölümsüzlük arzusunun təməlində isə yenə şeytanın təlqini durur. “Əraf” surəsinin 20-ci ayəsində şeytan hz. Adəmi əbədi yaşayışla aldatmağa çalışır. “Taha” surəsinin 120-ci ayəsində də əbədiyyət ağacı və yox olmayacaq bir mülkü vəd etməsi bütün bu anlatdıqlarımıza çox uyğundur. Şeytanın mühüm hiylələrindən biri olan əbədi yaşayış, əbədi sərvət vədi öz firqəsi üçün əsas azdırıcı amillərdəndir. Həqiqətdə insan ruhu onsuz da ölümsüzdür, yox olan bədəndir, ruhun əbədi həyatı yaradıldığı gün başlanmışdır. Şeytanın bu boş vədi və yalanlarına uymuş insandan əsaslı və məntiqli bir şey gözləmək təbii ki, düzgün deyil. Belələri yalnız qışqırıb-bağırır, nəticəsiz mübahisələr edərək qarşısındakını aldadır və ya qorxudur.
İnkarçıların bu şəkildə davranmasından dinə meyl etməyəcəyini anlayan möminlər bu mövzuda təkid etməz və onu özü seçdiyi yolda qoyarlar. Çünki bundan sonra iki tərəf arasındakı dialoq təbliğə yox, mübahisəyə çevriləcək. Quranda möminlərə mübahisə etmədən söhbətə son qoymaları əmr edilir:
De: “Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”. (Bəqərə surəsi, 139)

