İnkarçıların dünyada uğradıqları son necədir?

Allah inkar edənlər üçün axirətdə sonsuza qədər davam edəcək ağrılı bir əzab hazırlamışdır. Lakin inkarçılar üçün dünyada da müxtəlif əzablar hazırlanmışdır. Bunlar hər nə qədər etdiklərinin cəhənnəmdəki qarşılığı kimi olmasa da, sonsuz əzablarının bir növ başlanğıcı kimidir. Eyni zamanda, peşman olub ibrət almaları və doğru yola qayıtmaları üçün Allah tərəfindən bir xəbərdarlıq və xəbərdaredici işarə xarakteri daşıyır. Allah dünyada verəcəyi əzabı və bunun səbəbini ayədə belə bildirir:

Əlbəttə, onlara böyük əzabdan əvvəl dünya əzabını da daddıracağıq. Ola bilsin ki, onlar (haqq yola) qayıdarlar. (Səcdə surəsi, 21)

İnkarçıların inkar etmələrinin ən mühüm səbəbi dünya həyatına həddindən artıq bağlı olmaları və həqiqəti anladıqları halda bu dünya bağlılığı səbəbilə onu qəbul etməmələridir. Allahın inkarçılar üçün dünyada hazırladığı əzab isə onların dünyaya aid nemətlərinin əllərindən alınması şəklində olur. Quranda qeyd olunan bəzi dünyəvi əzablar bunlardır:

-İnkarçı qövmə çəyirtkə, həşərat, qurbağalar kimi heyvanların müsəllət edilməsi. (Əraf surəsi, 133)

-İnkarçı qövmdə quraqlıq və məhsul qıtlığı olması, iqtisadi böhranlar yaşanması. (Əraf surəsi, 130, Nəhl surəsi, 112)

– İnkarçıların bədbəxt və narahat həyat sürməsi. (Əla surəsi, 11-12)

– Şübhə və boş xəyallar içində yaşamaları. (Nisa surəsi, 120)

– Qəlblərinin daralması və sıxıntı içində olmaları, üzərlərinə mənəvi ağırlıq çökməsi (Ənam surəsi, 125)