İnkarçıların bu səyləri nəticə verərmi?

İnkarçıların Allahın elçilərinə və möminlərə qarşı apardıqları şifahi və ya əməli mübarizə heç vaxt məqsədinə çatmaz. Çünki Allah: “Əgər həqiqətən iman etmisinizsə, üstün olan sizsiniz!” (Ali-İmran surəsi, 139) ayəsi ilə dünyada da, axirətdə də üstünlüyün həmişə Öz tərəfdarlarına məxsus olacağını müjdələmişdir.

Tarix boyu inkar edənlərin möminlərə qarşı daim mübarizə apardıqları görünür. Lakin bu mübarizələr hər zaman möminlərin xeyrinə nəticələnmişdir. Bu, Uca Allahın dəyişməz vədidir. Allah Quranda bu ilahi qanunu belə bildirir:

Allah (lövhi-məhfuzda): “Mən və elçilərim mütləq qalib gələcəyik!” – deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir. (Mücadilə surəsi, 21)