İnkarçıların sahib olduqları mal və güc onların daha da azğınlaşmasına səbəb olur. Bu, Allahın Quranda açıqladığı bir sirdir. Allah onların sahib olduqları mülkün yalnız dünya həyatına aid olduğunu bildirmiş, möminlərin bunlara qarşı heç bir şəkildə qibtə hissi duymamalarını əmr etmişdir. Həmçinin bu nemətlərlə onların küfrünü artıracağını və sonda hamısını birgə cəhənnəmə sürükləyəcəyini vəd etmişdir.
Bu mühüm sirri açıqlayan ayələrdən biri belədir:
Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə onlara dünya həyatında əzab vermək və kafir olaraq can vermələrini istəyir. (Tövbə surəsi, 55)

