İnkarçılar din günü necə tanınacaqlar?

Günahkarlar simalarından tanınar, kəkillərindən və ayaqlarından yaxalanarlar. (Rəhman surəsi, 41)

Allah bu ayə ilə inkar edənlərin din günündə üzlərindən tanınacaqlarına diqqət çəkir. İnsan dünya həyatında zahirən məsum və ya gözəl görkəmə sahib ola bilər. Lakin hesab günü yenidən dirildilən bu insanların həmin gün malik olacaqları üzlər Quranda “zillət içində”, “qaraltı bürümüş”, “toz-torpaq örtmüş” kimi ifadələrlə təsvir edilir. Bundan əlavə, inkar edənlər kor halda dirildiləcəklər. Onların gözləri kor olmaqla yanaşı qorxunc bir görkəm alacaq və Quranda bildirildiyinə görə “gömgöy” olacaqdır. Beləliklə, hər bir inkar edən din günündə bu qorxunc görkəmlə yenidən dirildiləcəkdir.