İnkar edənlərin də Allahın nəzarəti altında olması Quranda necə açıqlanır?

Yer üzündəki canlı və cansız bütün varlıqlar Allahın nəzarəti altındadır. Bu həqiqətin fərqində olsalar da, olmasalar da, inkar edənlər də eyni şəkildə həyatının hər anını Allahın nəzarəti altında yaşayarlar. “… Biz hər şeyi tale ilə yaratdıq”. (Qəmər surəsi, 49) ayəsində bildirildiyi kimi, bütün varlıqların taleyini müəyyən edən tək qüdrət Allahdır. Allah inkar edənlər üçün də bir tale təyin etmişdir və bu insanlar həyatını həmin taleyə uyğun olaraq yaşayarlar. Allah bu həqiqəti bir ayədə belə bildirir:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar. (Ali İmran surəsi, 83)

Allahın varlığı bütün kainatı əhatə etmişdir və Onun görmədiyi, səsini eşitmədiyi heç bir varlıq yoxdur.

İnkar edənlərin ağıllarından keçirdikləri bir düşüncədən, söylədikləri tək bir sözə, etdikləri hər hansı bir davranışa qədər Allah hər an onlara şahiddir. Buna görə də bütün insanlar hər an, hər yerdə Allahın nəzarəti altında yaşayarlar. Dünyanın harasına getsələr də, heç kimin bilmədiyi ən gizli yerlərdə olsalar da, Allah mütləq onların yanındadır və onları nəzarətdə saxlayar. Quranda bu həqiqətə belə diqqət çəkilir:

(Ey elçi!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın. (Yunis surəsi, 61)