cəzalandırılmırlar?
Bu dünya bir imtahan mühiti olduğu üçün Allah hər kəsə nəsihət alıb davranışlarını düzəldə biləcəyi bir müddət verir. İnkar edənlərin də onlar üçün müəyyən edilmiş bu müddət başa çatana qədər axirətdəki cəzaları təxirə salınır. Belə ki, cəhənnəmə daxil olduqları zaman irəli sürə biləcəkləri heç bir bəhanə qalmasın. İnkarlarında israrlı olanlara, pisliklərini bacardıqları qədər ortaya qoymaları üçün imkan verilir. Beləliklə, onlar üçün cəhənnəmdə tam layiq olduqları qarşılığı almalarına kifayət edəcək qədər dəlil toplanmış olur.
İnkar edənlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. (Ali İmran surəsi, 178)

