Bu dünya imtahan mühiti olduğu üçün Allah hamıya öyüd alıb davranışlarını düzəltmək üçün möhlət verir. İnkar edənlərin axirətdəki cəzası da onlara təyin edilmiş bu vaxt bitənə qədər təxirə salınır. Belə ki, cəhənnəmə girdikdə heç bir bəhanələri qalmasın. İsrarla inkar edənlərə əllərindən gəldiyi qədər pislik etmək üçün fürsət verilir. Beləliklə, əməlləri ilə cəhənnəmdəki cəzalarına tam layiq olurlar.
Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. (Ali İmran suresi, 178)
