1770-ci ildə Benqal qıtlığında on milyon insan həlak olmuşdur. 1866-cı ildə Orissa qıtlığında dörd milyon insan, 1877-1878-ci illərdə Böyük Hindistan qıtlığında altı milyon insan, 1899-1900-cu il qıtlığında yeddi milyon insan, 1943-cu il Benqal qıtlığında üç milyon Hindli can vermişdir. Bu süni qıtlıqlar, İngilis dərin dövlətinin müstəmləkə rəhbərlərinin xalqı tərbiyə etmək və cəzalandırmaq üçün istifadə etdiyi üsullardan biridir. Süni qıtlıq yaradır. Kütlələr; fağır, cahil, məlumatsız insanlar kütlə halında həlak olurlar.
İngiltərə, Hindistanda məhsuldar torpaqlarda qida əvəzinə zorla tiryək əkir. Məhsulu da Çinə və Avropaya satır. Çini məhv etdi. Çin tiryəkdən asılı oldu, insanlar məhv oldular. Bu bilinən mövzudur. Kommunist hərbi çevrilişdən sonra bu dayandırıldı. Avropaya da satdılar, Avropanı da tiryəkə öyrəşdirdilər. Hind insanı üçün yeməyə bir şey qalmadı, insanlar aclıqdan qırılıb böyük kütlələr halında vəfat etdilər. 1845-1849-cu illərdə Böyük İrlandiya qıtlığında bir milyon İrlandiyalı ölərkən, bir milyon insan da ABŞ-a köçmək məcburiyyətində qaldı. İngilis dərin dövləti bunu irlandiyalıları oradan çıxarmaq üçün etdi. İngilis dərin dövləti qıtlıq dövründə İrlandiyaya kömək tələblərinə də maneə törətdi. İrlandiyanın əhalisi iyirmi beş faiz azaldı. İngilis dərin dövləti İrlandiyanı təhlükəli görürdü, oradakı insanları məhv etdi.
İngilis dərin dövləti yenə 1967-1970-ci illər arasında Nigeriya vətəndaş müharibəsini təşkil etdi. Biafra bölgəsini əhatə edərək qıtlıq meydana gətirdi. Biafra qıtlığında bir milyon nigeriyalı can verdi. İngilis dərin dövlətinin etdiyi böyük qırğınlar ümumiyyətlə qıtlıq yaratmaq işi idi.
I İngilis iqtisadçı Maltus İngilis dərin dövlətinin dəstəklədiyi saxta elm adamı idi. Bu da İngilis dərin dövlətinə xidmət etmiş bir insandır. İngilis iqtisadçı Maltus, əhalinin qıtlıqla nəzarət edilməsi fikrini ortaya atan insandır. “Əhaliyə qıtlıqla nəzarət edək” deyirdi. Yəni kütlə halında insanları öldürək, nəzarət edək deyir. Maltusculuq adlandırılan düşüncəyə görə rifah artımı əhali artımı gətirəcək, əgər əhalini məhdudlaşdırmazsaq, qaynaqlar yetərsiz olacaq. Yəni nə qədər çox insan öldürülsə, rifah o qədər artar deyir. Ona görə iqtisadi qıtlıq meydana gətirək, insanlar qıtlıqdan ölsün, insanlar rahat yaşasınlar deyir.
1917-1918-ci illər arasındakı Böyük İran qıtlığında səkkiz milyon iranlı can verdi. İran bu dövrdə İngilis işğalı altında idi. İranın məhsullarının böyük bir hissəsi İngilislər tərəfindən Cənub-Şərqi Asiyadakı istismar ölkələrinə göndərilir. Ayrıca İngilis işğal rəhbərliyi ölkəyə buğda idxalatını da qadağan edir. Bunun nəticəsində də səkkiz milyon insan ölür.

