İnfaq insanın sahib olduğu malını və imkanlarını Allah yolunda sərf etməsi deməkdir. Bir insanın heç bir gələcək narahatlığı duymadan “ehtiyacından artıq qalanı”nı (Bəqərə surəsi, 219) Allah yolunda xərcləməsinin qarşılığında Allah axirətdə ona cənnəti, dünyada isə xərclədiyinin əvəzini verməyi vəd edir:
De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”. (Səba surəsi, 39)
… özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər. (Fatir surəsi, 29)

