İnfaq etmənin hikməti

İnsanı maddi və mənəvi çirkinliklərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın razı qaldığı

İnsanı maddi və mənəvi çirkinliklərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın razı qaldığı əxlaqa çatmasına vəsilə olan ən mühüm ibadətlərdən biri də Allah yolunda və xeyir üçün edilən xərcləmələrdir (infaq). Allah peyğəmbərə möminlərin mallarından sədəqə almasını, bu şəkildə onları təmizləməsini bildirmişdir. Ayədə belə hökm edilir:

Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan.. (Tövbə surəsi, 103)

Ancaq insanların təmizlənib paklanmasına vəsilə olan xərcləmələr Quranda bildirildiyi şəkildə ediləndir. İnsanlar yolda gördükləri dilənçilərə xırda pullarından bir az verdikdə və ya köhnə paltarlarını kasıb gördükləri bir-iki nəfərə payladıqda və ya ac gördükləri birini doyurduqda, üzərinə düşən məsuliyyəti artıqlaması ilə yerinə yetirdiklərinə inanırlar. Bunların hamısı əlbəttə Allahın razılığını qazanmaq üçün edildikdə Allah qatında savabı olan davranışlardır. Ancaq Allahın Quranda bildirdiyi sərhədlər vardır. Məsələn, Allah ehtiyaclardan artıq qalanın infaq edilməsini bildirir:

…Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz. (Bəqərə surəsi, 219)

İnsanın dünya həyatında yaşaması üçün zəruri olan ehtiyacları çox azdır. İnsanın ehtiyacları üçün istifadə etdiyi miqdardan başqa sahib olduğu mal ehtiyacdan artıq qalan deməkdir. Mühüm olan nəyin xərcləndiyi deyil, şəxsin səmimi olaraq verə biləcəyi nədirsə, onu verməsidir. Allah hər şeyin doğrusunu bilir və insanların ehtiyaclarından artıq qalan miqdarın nə qədər olduğunu tamamilə insanın ağlına və vicdanına buraxmışdır. Dünya hərisliyi olmayan, dünyanı axirəti qarşılığında satmış olanlar üçün infaq çox asan bir ibadətdir. Allah dünya hərisliyi olanların və ya içində bir az belə dünyaya bağlılığı olanların da mallarından infaq edərək paklanmalarını və dünya hərisliyini tərk etmələrini istəmişdir. Şübhəsiz bu, möminlərin axirəti üçün çox mühüm bir ibadətdir.

İnsanlar başqalarına yaxşılıq edəcəkləri zaman bu edilən yaxşılığın onlara heç toxunmamasını istəyərlər. Məsələn, ehtiyac içində olan birinə əşyalar verəcək kimsə özünün sevmədiyi, bəlkə də heç istifadə etmədiyi şeyləri verir.

Allah şəxsin özünə yaraşdırmadığı, köhnə hesab etdiyi, istifadə edilməyəcəyinə qənaət gətirdiyi mallarından çox, sevdiyi, bəyəndiyi əşyalarından infaq etməsinin məqbul olduğunu əmr etmişdir. İnsanın sevdiyi şeyləri infaq etməsi ona çətin gələ bilər, ancaq insanın təmizlənməsi və xeyrə çata bilməsi üçün belə bir fədakarlıq etməsi lazımdır. Bu, Allahın bizə bildirdiyi mühüm bir sirdir. Allah bundan başqa insanın əsla xeyrə çata bilməyəcəyini bildirmişdir:

Sevdiyiniz şeylərdən infaq etməyincə əsla xeyrə çata bilməzsiniz. Hər nə infaq edərsinizsə, şübhəsiz Allah onu bilər. (Ali-İmran Surəsi, 92)

Ey iman gətirənlər, qazandıqlarınızın yaxşılarından və sizin üçün yerdən yetişdirdiklərimizdən infaq edin. Özünüzün göz yummadan ala bilməyəcəyiniz pis şeyləri verməyə çalışmayın və bilin ki, şübhəsiz Allah heç bir şeyə möhtac deyildir, tərifə layiqdir. (Bəqərə Surəsi, 267)

İnsanlar başqalarına yaxşılıq edərkən, bu yaxşılığın özlərinə zərər verməməsini istəyirlər. Məsələn, ehtiyac içində olan birinə əşya verən insan, çox vaxt sevmədiyi, istifadə etmədiyi şeyləri verir.

Allah, insanın artıq köhnəlmiş, istifadə edilməyəcək əşyalardansa daha çox sevdiyi və bəyəndiyi şeylərdən infaq etməsini əmr etmişdir. Sevdiyi şeyləri vermək insana çətin gələ bilər, lakin insanın paklanması və yaxşılığa çatması üçün bu fədakarlığı etməsi vacibdir. Bu, Allahın bizə bildirdiyi mühüm bir sirdir. Allah, bunun xaricində insanın heç vaxt yaxşılığa çata bilməyəcəyini xəbər vermişdir:

Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (Ali İmran surəsi, 92)

Ey iman edənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir. (Bəqərə surəsi, 267)

Bir müsəlman üçün heç nə Allahın razılığını və sevgisini qazanmaqdan daha üstün ola bilməz. Mömin həyat boyu onu Allaha yaxınlaşdıracaq yollar axtarar. Allah bir ayəsində möminlərə belə buyurur:

Ey iman edənlər! Allahdan qorxun, ona vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

Allah Quranda möminlərə bir sirr və bir müjdə olaraq bildirir ki, etdikləri infaq onları Allaha yaxınlaşdırır. Bu səbəbdən möminlər sevdiyi şeyləri və ehtiyacdan artıq qalan mallarını infaq etməyi çətinlik deyil, əksinə Allaha olan sevgilərini göstərmək üçün dəyərli bir fürsət olaraq görürlər. Bu mövzu ilə əlaqəli ayə belədir:

Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və elçinin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 99)

Allahın infaq mövzusunda bildirdiyi mühüm sirlərdən biri də insanın verdiyi şeyin mütləq ona geri qayıdacağıdır. Bu, Allahın vədidir. Yoxsulluq qorxusu olmadan Allah yolunda malını sərf edən insanlar həyatı boyu heç gözləmədikləri nemətlərlə ruziləndirilərlər. Verdikləri hər bir xeyir yenidən onlara xeyir olaraq qayıdar. Allah bu vədini bir çox ayədə belə bildirir:

Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız. (Bəqərə surəsi, 272)

Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız. (Ənfal surəsi, 60)

De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”. (Səba surəsi, 39)

Möminlər mallarını və canlarını yalnız Allahın razılığı və cənnəti üçün infaq edərlər. Lakin ayələrdə bildirildiyi kimi, Allahın bir sirri olaraq nə infaq etsələr, onlara geri qaytarılır. Allah, verdiklərinin yerinə daha gözəllərini verər. Bu, həm dünyadakı nemətlər, həm də Allahın cənnətdə möminlər üçün hazırladığı mükəmməl nemətlərdir. Əksinə, malını xəsisliklə saxlayan və ya haram yollarla artırmağa çalışanların malında Allah bərəkəti azaldar. Məsələn, faizlə bağlı ayədə belə deyilir:

Allah faizi (faizli qazancın bərəkətini) yox edər, sədəqələri (sədəqəsi verilən malın bərəkətini) isə artırar. Allah heç bir günahkar nankoru sevməz! (Bəqərə surəsi, 276)

Allah, mallarını infaq edənlərin qazandıqları bərəkəti başqa bir ayədə belə bildirir:

Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir. (Bəqərə surəsi, 261)

Ey iman edənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür. (Bəqərə surəsi, 265)

Bu ayələrin hər biri Allahın Quranda iman edənlərə bildirdiyi sirlərdir. Möminlər yalnız Allahın razılığı, rəhməti və cənnəti üçün infaq edərlər. Ancaq Allahın bu ayələrdə vəd etdiyi sirləri də bildikləri üçün Onun bərəkətinə və mərhəmətinə ümid edərlər. Onlar Allah yolunda mallarını və canlarını sərf etdikcə, halal-harama diqqət etdikcə, Allah onların zənginliyini artırar, işlərini asanlaşdırar, Allah yolunda xərcləyə biləcəkləri daha çox imkan yaradar. Bu sirri, heç bir qorxu və narahatlıq keçirmədən, Allahdan qorxaraq Onun sərhədlərinə riayət edən hər bir mömin öz həyatında yaşayar.