İnfaq edərkən ən gözə rəftar necə olmalıdır?

Allah infaqın “gizli və ya açıq” (Bəqərə surəsi, 274) şəkildə edilə biləcəyini bildirmişdir. Lakin Allah infaq edənlərin bunu qətiyyən “göstəriş üçün” etməmələrini, infaqdan sonra qarşı tərəfə əziyyət verəcək davranışlardan uzaq durmalarını və onları minnət altında qoyacaq münasibət göstərməmələrini əmr edir. Ən gözəl infaq səmimi niyyətlə, yalnız Allahın razılığını qazanmaq üçün ediləndir. Belə infaq edən insan verdiyini başa qaxmaz, qarşı tərəfi incitməz və etdiyi yaxşılığı xatırladaraq onu dəyərdən salmaz. Bu səbəbdən ən doğru davranış — infaqı ixlasla, təvazökar şəkildə, ehtiyacı olanlara hörmətlə yanaşaraq və yalnız Allahın razılığını qazanmaq niyyəti ilə həyata keçirməkdir.

Allah verdiyi nümunələrlə göstərir ki, nümayiş (riya) məqsədilə edilən infaqın heç bir savabı və qarşılığı yoxdur.

Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır). Ey iman edənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz. Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür. (Bəqərə surəsi, 263-265)