İnfaq bərəkəti artırar

İnsanların ən böyük səhv etmələrindən biri də, hər şeyi səbəblərə bağlı olaraq düşünmələridir

İnsanların ən böyük səhv etmələrindən biri də, hər şeyi səbəblərə bağlı olaraq düşünmələridir. Məsələn mallarını Allah yolunda xərclədikdə pullarının qalmayacağını zənn edərlər. Halbuki Allahın yaratmasında onların bilmədikləri bir sirr var və Allah infaq edənlər üzərində dünyada və axirətdə nemətlərini artıracağını bildirir. Allah bunları əlbəttə ki, səbəblərə bağlı kimi göstərir.

Kim Allaha yaxşı bir borc verərsə (infaq edərsə), Allah onun əvəzini (mükafatını) qat-qat artırar. Allah bəzilərini sıxıntıya salar, bəzilərinə də bolluq verər. Siz Ona qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)

Məsələn infaq etdiyi üçün, bərəkəti artan bir insanın işlərinin yolunda getməsini təmin edər, işlərini asanlaşdırar və qazancını artırar. Ya da bir insan, azğın bir insanı yumşaq sözlə razı sala bilməyəcəyini zənn edib, ona qarşı tək çarənin güc tətbiq etmək olduğunu düşünə bilər. Halbuki, Allahın əmrinə uyan bir insan üçün, Allahın Quranda bildirdiyi sirlər tək çözümdür.

Quranda bunlara bənzər olaraq verilən sirlərdən biri də, Allahın bir başqa əmridir:

Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. “Qalxın!” – deyildikdə də qalxın ki, Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır. (Mücadilə surəsi, 11)

Allah bir yığıncaqda, yeni gələnlər üçün yer açılması lazım olduğunda, möminlərin bu çağırışa dərhal uymalarını əmr edir. Bu, həm incə düşüncə, həm fədakarlıq, həm də itaət göstəricisidir. Allah bu davranışın qarşılığı olaraq, möminlərə genişlik verəcəyini və onları dərəcələrlə yüksəldəcəyini bildirir.

Allah hər insanın niyyətini və qəlbini əlində tutar. Allah bir davranışdan razı olduqda, o insana dilədiyi hər şəkildə nemət və gözəllik verə bilər. Buna görə də, möminlər hər şeyin nəticəsini və qarşılığını Allahdan gözləyərlər. Bir yığıncaqda yer açdıqlarında, insanlardan təşəkkür və ya minnətdarlıq deyil, Allahın razılığını, Onun qəlbinə verəcəyi hüzur və genişliyi, iman dərəcəsindəki artımı ümid edərlər.