“İncimək” zəif əxlaqdan qaynaqlanır

İnsan uşaqlıqdan vərdiş etdiyi bir davranışı dəyişdirməyə çalışmasa, o davranış həyatı boyu

İnsan uşaqlıqdan vərdiş etdiyi bir davranışı dəyişdirməyə çalışmasa, o davranış həyatı boyu davam edər. Cəmiyyətdə səhv olub-olmadığı araşdırılmadan qəbul edilən bir çox vərdiş də insanlar arasında bu yolla yayılır.

Cəmiyyətdə “incimək” adlandırılan davranış vərdiş halını almış xasiyyətlərdən biridir. Xüsusən də, insanlar baş verən hadisədən sonra “inciməli” olduqlarına inanırlarsa, bu davranışda heç bir problem görməzlər.

Bəlkə də bir çox insan bu yanlış davranış formasına əvvəllər başqa tərəfdən baxmayıb. Çünki bir tərəfdən baxanda sadəcə səhv davranış kimi görünən “incimə”, digər tərəfdən baxanda alçaldıcı davranış forması kimi görünür.

Əvvəlcə, insan bunu düşünməlidir: Həqiqətən də onu narahat edən bir hadisə baş versə belə, insanın birdən-birə əsəbiləşməsi, qaşlarını çatması, üzünü turşutması, danışıqlarında və hərəkətlərində anormallıq meydana gəlməsi normaldır? Möhkəm xarakterə sahib olan insanın adi hadisə qarşısında belə bir anda o möhkəm xarakterini itirib bu qədər acizləşməsi məqbuldur? Bir sözlə, belə vəziyyətdə özünü itirməsi, xarakterinin pozulması, özünənəzarəti itirməsi təəccüblü deyil? Belə bir insanın möhkəm xarakterə sahib olduğu deyilə bilərmi? Ya da belə bir insana güvənmək olarmı? Əlbəttə ki, bunlar insanda hələ möhkəm xarakterin formalaşmadığını göstərir. Bu davranışa təslim olmaq, kiçik bir hadisə ilə qarşılaşanda “incimək” alçaldıcı bir hərəkətdir.

Üstəlik, bu cür insanlar ancaq səhv hərəkətlə qarşılaşdıqları zaman yox, həm də normal davranışda da küsəyənliklərindən çəkinmirlər və əhvalları pozulur. Bəzən də yaxşı niyyətlə edilən bir hərəkət, deyilən gözəl söz, sevgi dolu bir hərəkət belə bu cür insanlarda səhv fikir oyadaraq “inciklik” meydana gətirir…

I …Əvvəlcə “incimək” adlanan davranışın Quran əxlaqı ilə uyğun olmadığına diqqət çəkilməlidir. Allah Quranda iman gətirən insanların hadisədən və insanlardan asılı olmayaraq, hər zaman Quran əxlaqına uyğun davrandıqlarını söyləyir.

Səhv davranışla qarşılaşanda buna eynisi ilə, ya da daha pis şəkildə cavab vermək düzgün deyil. Əgər bir insan ona edilən hər hansı bir hərəkətdən narahat olursa, bu hərəkətin başqasını da narahat edəcəyini bilməlidir. Möminin vicdanı bunu etməyə mane olar. Sırf nəfsini rahatlatmaq üçün belə səhv etməz.

İnsan, şübhəsiz ki, həyatı boyu müxtəlif xarakterli insanlarla qarşılaşır. Qarşısına Quran əxlaqından uzaq, cahil xarakterli insanlar çıxır. Əgər insan hər dəfə belə bir insanla qarşılaşanda ona uyğunlaşmağa çalışsa, deməli etibarlı bir xarakterə sahib deyil. Halbuki mömin müxtəlif hadisələrlə, fərqli xüsusiyyətlərə sahib insanlarla qarşılaşsa da, xarakterində dəyişiklik etməz və Quran əxlaqı ilə yaşayanlardan başqa heç kimə uyğunlaşmağa çalışmaz.

Eyni zamanda, insan hadisələr qarşısında yaşadığı xarakter dəyişikliyinin də məntiqini yaxşı düşünməlidir. Bir insan niyə inciyər? İnsan özündə olan mənfi xüsusiyyətləri gizlətmək yerinə, niyə bunu daha sərt şəkildə meydana çıxarır?

İnsan ətrafdakılardan nəfsinə əks olan bir hərəkət görəndə inciyir. Ancaq bu əxlaqi zəifliyin mənbəyi də, digər əxlaqi problemlərdə olduğu kimi, hər şeyi Allahın yaratdığını və hər şeyin Allahın istəyi ilə, yazdığı tale ilə həyata keçdiyini unutmaqdır. Allah istəmədikcə heç nə olmaz. Heç kim Allah istəməsə bir insanı əsəbləşdirən, narahat edən bir hərəkət edə bilməz. Bu səbəbdən də, əgər insan belə bir hadisə ilə qarşılaşsa, bunu Allahın etdiyini bilməlidir və bu hadisədə bir xeyirin, bir hikmətin olduğunu anlamalıdır.