İncildə Allahın birliyi (2-ci hissə)

“Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin.” (1 Timoteyə, 1/17)

“Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.” (Mark, 12/29)

“Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər!” (Yaqub, 2/19)

“Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.” (Qalatiyalılara, 3/20)

“Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz?” (Yəhya, 5/44)

“Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqası yoxdur».” (1 Korinflilərə, 8/4) “İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.” (Mark, 10/17-18)

“Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?» İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et».” (Matta, 19/16-17)

“Rəbb bir, iman bir, vəftiz bir…” (Efeslilərə, 4/5)

“Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır.” (İbranilərə, 3/4)

“Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir.” (1 Korinflilərə, 12/5-6)

“Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.” (1 Timoteyə, 2/5)

“İsa dedi: Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” (Matta, 4/10)